Azərbaycan Dövlət İnformasiya Agentliyi

8 mart – Beynəlxalq Qadınlar Günüdür
Zərif varlığa ünvanlanan sevgi dolu sətirlər

Bakı, 7 mart (AZƏRTAC). Qadın zəriflik, gözəllik, incəlik rəmzidir. Qadın müqəddəs varlıqdır, çünki o anadır, Vətənlə bir tutulur adı. Qadın fədakardır, bağışlayandır. O, ailə adlı kiçik dövlətin idarəedənidir. Qadın böyük qüvvədir deyirlər. Çünki hər bir güclü kişinin arxasında mütləq güclü bir qadın dayanır.

Ümumiyyətlə, belə bir fikir vardır ki, insan yaradılandan bəri dünyada baş vermiş ixtiyari qlobal hadisələrdə qadının rolu müstəsnadır. Sadəcə iki misal gətirmək kifayətdir: Troya kimi bir dövlətin yer üzündən tamam silinməsində füsunkar Yelenanın rolu olmamışdırmı? Bəs intibah dövrünün ən məşhur rəssamlarından biri Leonardo da Vinçinin “Cakonda”sının (“Mona Liza”) sirli gülüşü əsrlər boyu insanlarda maraq doğurmurmu?

Gözəllikdə füsunkar Yelenadan geri qalmayan, Mona Lizanın Leonardo fırçasından çıxmış gülüşündən də sehrli gülüşlərə malik Azərbaycan xanımlarının bəşər tarixinin inkişafında xüsusi rolu olmuşdur. Tarixən Azərbaycan qadını Şərq qadınları arasında xüsusilə seçilmiş, özünəməxsusluğu ilə fərqlənmişdir. Dərin tarixi araşdırma aparmadan müasir dövrümüzdən misal kimi Şərqdə ilk ərəbşünas alim Aida İmanquliyevanı, Şərqin ilk opera yazmış qadın bəstəkarı Şəfiqə Axundovanı, məşhur Cuzeppe Verdinin Aida obrazının ən gözəl ifaçısı Firəngiz Əhmədovanı göstərə bilərik.

Bunlarla yanaşı, bəstələdiyi “Bilməzdim”, “Gecələr bulaq başında”, “Qurban verərdim”, “Gəl barışaq”, “Mehribanım”, “Yoxluğunu bilə-bilə”, “Sən yadıma düşəndə” kimi lirik mahnıları ilə hər kəsin qəlbinə yol tapan Elza İbrahimovanın, səhnəmizin Leylisi, Əslisi, Ərəbzəngisi, Şahsənəmi olmuş Rübabə Muradovanın, “Bir könül sındırmışam” mahnısının əvəzsiz ifaçısı Şövkət Ələkbərovanın, ürəkləri fəth edən bənzərsiz mahnıları ilə heç bir sərhəd tanımayan, “Dünyanın xoşbəxti mənəm dünyada” deyən, konsert proqramları ilə çıxış etdiyi ölkələrdə milyonların sevgisini qazanan Zeynəb Xanlarovanın, ölkəmizdə rəqs sənətinin yaranmasında və inkişafında böyük xidmətləri olmuş Əminə Dilbazinin, yaratdığı obrazlarla hər kəs tərəfindən sevilən Leyla Bədirbəylinin, Hökümə Qurbanovanın, təkcə “Qaynana” filmində yaratdığı “Cənnət xala” obrazı ilə milyonların yaddaşına əbədi həkk olan Nəsibə Zeynalovanın, Azərbaycanda ilk ali təhsilli rəssam Maral Rəhmanzadənin, ünlü ədiblərimiz Əzizə Cəfərzadənin, Nigar Rəfibəylinin, Mirvarid Dilbazinin, Mədinə Gülgünün və neçə-neçə xanım mədəniyyət və incəsənət fədaisinin adını çəkmək olar.

Tarixin hər yüzilliyində Azərbaycan qadınları dərin iz buraxmışlar. Təəssüf ki, əsrlər boyu daşlaşmış Şərq mentaliteti Azərbaycan qadınını mühüm ictimai-siyasi hadisələrin arxa planında saxlamışdır.

Mart ayının 8-i Beynəlxalq Qadınlar Günü kimi qeyd etdiyimiz gözəl bir bayram gününün təsis edilməsi almaniyalı sosial-demokrat Klara Setkinin adı ilə bağlıdır. 1910-cu ildə Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasionalının qurultayında Klara Setkin 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində daha yaxşı iş şəraiti tələbi ilə tekstil fabrikində tətil edən 40 min toxucu fəhlənin üzərinə polisin hücum etməsi, fəhlələrin fabrikə doldurularaq qapının bağlanması və meydana gələn yanğında fəhlələrin fabrik qarşısında qurulmuş barrikadalardan qaça bilməməsi nəticəsində əksəriyyəti qadın olan 129 fəhlənin ölməsi hadisəsi ilə bağlı həmin günün Beynəlxalq Qadınlar Günü kimi qeyd olunmasını təklif etmişdir.

1977-ci ildə BMT Baş Məclisində 8 mart, qadın hüquqları və beynəlxalq sülh günü olaraq qəbul ediləndən sonra bütün dünyada həmin tarix Beynəlxalq Qadınlar Günü kimi qeyd edilməyə başlamışdır.

Klara Setkinin Avropada yaşaması, Avropa mentalitetinə mənsub olması bir qadın kimi onun əl-qolunu çox açırdı. Lakin ondan fərqli olaraq Azərbaycan qadınının məhz şərqli olaraq bu gün kişilərlə bərabər bütün hüquqlara yiyələnməsi tarixi hadisədir desək, şübhəsiz, yanılmarıq. Azərbaycan qadını tarixən ailə ocağının qoruyucusu olmuşdur. Bəlkə də “Hər bir güclü kişinin arxasında mütləq güclü bir qadın dayanır” zərb-məsəli məhz Azərbaycan qadınlarına şamil edilmişdir.

Bu gün Azərbaycan qadınının gur səsi mötəbər beynəlxalq təşkilatların tribunasından daha aydın eşidilir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın ölçüyəgəlməz xidmətlərini buna əyani misal göstərmək olar. Məhz Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti sayəsində milli musiqi sənətimiz incisi sayılan muğamımız, aşıq sənəti və tar ifaçılığı sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs siyahısına salınmışdır. Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin dünyada tanıdılması və təbliği sahəsində fəaliyyəti misilsizdir.

Ölkənin birinci xanımı Mehriban Əliyevanın simasında cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq bütün xanımlarımızı 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir və onların hər birinə əsl qadın xoşbəxtliyi arzulayırıq!

Türkan Abdullayeva

AZƏRTAC -ın müxbiri 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı-Qazax yolunda yük avtomobili aşıb, 3 nəfər ölüb

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO