Azərbaycan Dövlət İnformasiya Agentliyi

Media nümayəndələri Qəbələ regional “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub VİDEO

Qəbələ, 22 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC

Son illər ölkəmizdə iqtisadi inkişafa nail olunmaqla yanaşı, mütərəqqi xarakterli sosial layihələr də uğurla həyata keçirilir. Bu sırada dünyaya Azərbaycan brendi kimi təqdim olunan “ASAN xidmət” nümunəsi böyük maraq doğurur. Müvəffəqiyyətlə reallaşdırılan bu layihənin əsas məqsədi vətəndaşlara göstərilən müxtəlif xidmətlərin səviyyəsini ən yüksək həddə yüksəltməklə əlavə xərclərin və vaxt itkisinin azaldılmasına, dövlət strukturlarına etimadın artırılmasına, şəffaflığın təmin olunmasına və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə, bütövlükdə xidmət sahələrində aparılan genişmiqyaslı islahatların səmərəliliyinə nail olmaqdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Prezident İlham Əliyevin 2012-ci il 13 iyul tarixli Fərmanı ilə yaradılıb. Agentlik “ASAN xidmət” mərkəzlərinin vahid şəkildə idarə edilməsini, xidmət mərkəzlərində təmsil olunan dövlət orqanları əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsini, nəzarət və qiymətləndirmənin aparılmasını, dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyasını, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsini və nəhayət, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini həyata keçirir.

Xidmətin mütərəqqi forması kimi fəaliyyət göstərən “ASAN xidmət” dövlətin öz vətəndaşına qayğı və diqqətinin ifadəsi kimi qiymətləndirilir. Agentlik yarandığı 4 il ərzində böyük uğurlara imza atıb. Son illər “ASAN xidmət”in əhatə dairəsi də sürətlə genişlənib.

Ölkəmizdə fəaliyyət göstərən sayca 10-cu regional qurum olan Qəbələ “ASAN xidmət” mərkəzi avqustun 10-da Prezident İlham Əliyevin iştirakı ilə açılıb. Avqustun 20-də fəaliyyətə başlayan Qəbələ regional “ASAN xidmət” mərkəzi hazırda vətəndaşlara uğurla xidmət göstərir.

AZƏRTAC xəbər verir ki, avqustun 22-də KİV nümayəndələrinin iştirakı ilə regional mərkəzə tanışlıq səfəri təşkil olunub.

Jurnalistlərin suallarını cavablandıran “ASAN xidmət” mərkəzinin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov məlumat verib ki, Qəbələ regional “ASAN xidmət” mərkəzinə fəaliyyət göstərdiyi iki gün ərzində bölgənin 600-dən çox vətəndaşı müraciət edib. Burada 10 dövlət orqanı tərəfindən 32 növ, eyni zamanda, 112 növ funksional yardımçı xidmət (bank, sığorta, hüquqi yardım, tərcümə xidmətləri və s.) göstərilir.

Qəbələ regional “ASAN xidmət” mərkəzinə üz tutan çoxsaylı bölgə sakinləri burada yaradılan nümunəvi şəraitdən son dərəcə məmnun qalırlar. Onlardan bəziləri ilə “ASAN xidmət” mərkəzində həmsöhbət olduq.

Şəki şəhər sakini Elvin Şərifov buraya şəxsiyyət vəsiqəsi və övladı üçün doğum şəhadətnaməsi almaq üçün gəlib: “Doğrusu, burada təsəvvürümə gətirə bilmədiyim bir mühitə düşmüşəm. Bizə göstərilən yüksək nəzakətdən, qayğı və diqqətdən çox məmnunuq. Vaxt itirmədən şəxsiyyət vəsiqəmi aldım. Burada xidmət həqiqətən də çox sadələşdirilib və asanlaşdırılıb. Vətəndaşların rahatlığı və xidmətdən razı qalmaları üçün ən ideal şərait yaradılıb. Bu nümunəvi xidməti təşkil edənlərə necə minnətdar olmayasan, sağ ol deməyəsən. Bizə yaradılan bu şəraitə görə Prezident İlham Əliyevə təşəkkür edirik.”

İlk dəfədir “ASAN xidmət” mərkəzinə müraciət edən Qəbələ rayon sakini Günel Abbasova isə deyib: “Bir çox idarələrdə olmuşam. Heç bir yerdə belə şərait, belə nümunəvi xidmət görməmişəm. Gəlişimin məqsədi qızıma şəxsiyyət vəsiqəsi almaqla əlaqədardır. Nə vaxt itirdim, nə də əlavə vəsait xərclədim. “ASAN xidmət”, sözün həqiqi mənasında, alqışa layiqdir”.

Qəbələ rayon sakini Rəşad Xəlilov isə ümumvətəndaş pasportu almaq üçün mərkəzə gəlib. O qeyd edib ki, Qəbələ “ASAN xidmət” mərkəzində pasportu qısa vaxtda çox rahatlıqla alıb: “Həqiqətən burada xidmət çox yüksək səviyyədədir. İşçilər vətəndaşları gülərüz və mehribanlıqla qarşılayır, yüksək xidmət göstərirlər. Pasport alarkən dövlət rüsumundan əlavə bir manat da olsun xərcim çıxmadı. Bu şəraitdən çox razıyıq. Allah dövlətimizin qüdrətini yüksək, Prezidentimizin canını sağ eləsin”.

Regional mərkəzin direktoru Əbdül Əliyev AZƏRTAC-a müsahibəsində Qəbələ, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, İsmayıllı, Ağsu, Şamaxı və Qobustan rayonlarının ərazisində qeydiyyatda olan və ümumi sayı 900 mindən çox olan vətəndaşa xidmət etdiklərini bildirib. O, bölgə sakinlərinin “ASAN xidmət”in fəaliyyətindən razılıqla, minnətdarlıqla danışmasını ölkə daxilində bu yeni xidmət növünə münasibətin birmənalı şəkildə müsbət olmasının ifadəsi kimi qiymətləndirib. Dünyanın inkişaf etmiş ölkələrindən “ASAN xidmət”ə göstərilən hədsiz maraq, onu öyrənib özlərində tətbiq etmək istəyi isə, təbii ki, hər bir Azərbaycan vətəndaşında qürur doğurur. Qəbələ regional “ASAN xidmət” mərkəzində hər şey ideal səviyyədədir. Mərkəzin müasir üslubda inşa olunmuş möhtəşəm binası göz oxşayır.

Burada vətəndaşlara xidmət göstərən işçilərin ümumi sayı 200 nəfərdir ki, onların da 45 nəfəri könüllüdür. Mərkəzdə çalışan əməkdaşlar, eləcə də bura üz tutan vətəndaşlar üçün nümunəvi şərait yaradılıb. Müxtəlif dövlət orqanları tərəfindən göstərilən çoxsaylı xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsi arzuolunan haldır və bu, xidmətdən bəhrələnən hər kəsdə razılıq doğurur. Mərkəzdə xidmət göstərən dövlət orqanlarının əhatə dairəsi kifayət qədər genişdir. Burada Ədliyyə, Vergilər və Daxili İşlər nazirliklərinin, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Miqrasiya Xidmətinin, Dövlət Sosial Müdafiə Fondunun, Milli Arxiv İdarəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təmsilçiləri vətəndaşlara öz xidmətlərini yüksək peşəkarlıqla təqdim edirlər.

Əlbəttə, yuxarıda adlarını çəkdiyimiz dövlət qurumlarının iştirakı “ASAN xidmət”in fəaliyyət dairəsini tam əks etdirmir. Mərkəzin göstərdiyi funksional yardımçı xidmətlərin siyahısı daha böyükdür. Bura bank, sığorta, hüquqi yardım, tərcümə, foto, tibb xidmətləri və başqaları daxildir. Operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsipləri əsasında qurulan fəaliyyətin başlıca hədəfi vətəndaşların rahatlığını təmin etmək, məmur-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə nail olmaqdır. Sosial siyasətin əsas istiqamətlərindən olan bu prinsiplərin uğurla reallaşdırılması dövlətimizin xalqın rahatlığı üçün zəruri tədbirlər gördüyünü aydın şəkildə təcəssüm etdirir.

Media nümayəndələri Qəbələ regional “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb