Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının niyyət konfransı keçirilib [YENİLƏNİB-2] VİDEO

Bakı, 3 oktyabr, AZƏRTAC

Oktyabrın 3-də Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının niyyət konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransı İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının sədri Fazil Abbasov açaraq qurumun fəaliyyəti, qarşıya qoyduğu məqsədlər barədə məlumat verib.

AZƏRTAC-ın baş direktoru Aslan Aslanovun moderatorluğu ilə keçirilən tədbirdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edib.

Konfransın işinə uğurlar arzulayan professor Əli HƏSƏNOV deyib:

-İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin jurnalistlərini birləşdirəcək və informasiya sahəsində vahid platforma kimi çıxış edəcək yeni qurumun yaradılması bir neçə ildir ki, ən müxtəlif səviyyələrdə müzakirə olunur. Sevindirici haldır ki, artıq bu təşəbbüsün reallaşdırılması üçün praktiki addımlar atılır və qarşıdan gələn dövrdə onun həm də İslam Əməkdaşlıq Təşkilatı tərəfindən ciddi şəkildə dəstəklənəcəyinə ümid edirik.

İslam Əməkdaşlıq Təşkilatının müsəlman ölkələrinin uğurlu birlik modeli kimi beynəlxalq münasibətlər sistemində, üzv dövlətlər arasında qarşılıqlı faydalı əlaqələrin, siyasi, iqtisadi və mədəni əməkdaşlığın genişlənməsindəki roluna toxunan Əli Həsənov bildirdi ki, İƏT həm də ölkələrimizi narahat edən mürəkkəb qlobal və geosiyasi prosesləri, mövcud problemləri müzakirə etmək, çıxış yolları axtarmaq, mövcud təhdid və təzyiqlərə qarşı vahid mövqe formalaşdırmaq üçün olduqca vacib platformadır və bu sahədə kifayət qədər böyük təcrübə toplayıb.

Hazırda dünyada, o cümlədən bir çox müsəlman ölkəsində sabitliyə zərbə vuran müxtəlif mənfi proseslərin getdiyini, İslam dini haqqında yanlış rəy formalaşdırmaq cəhdlərinin şahidi olduğumuzu vurğulayan və bu prosesdə transmilli medianın rolundan danışan Prezidentin köməkçisi dedi: “Qərbin islamofob dairələri və transmilli mediası müsəlman dünyasında baş verən hadisələri, prosesləri birtərəfli və əsasən qərəzli formada təqdim edirlər. Nəticə etibarilə, maddi və mənəvi zənginliyə malik olan İslam ölkələri, tolerant və multikultural xarakteri ilə seçilən müsəlman xalqları, həm də sülh və barışıq dini olan İslam haqqında beynəlxalq ictimaiyyətdə qeyri-obyektiv və yanlış təsəvvür yaradılır. İslamı terrorla eyniləşdirmək, hər bir müsəlmanı potensial terrorçu obrazında təqdim etmək, İslam dəyərlərini ümumbəşəri dəyərlərdən ayıraraq yad və zərərli element kimi qələmə vermək cəhdləri haqlı olaraq bütün İslam aləmində ciddi etirazlar doğurur”.

Bütün ərəb dünyasını sarsıdan siyasi hadisələr və hərbi əməliyyatlardan, Ermənistanın Azərbaycana hərbi təcavüzündən danışan Əli Həsənov vurğulayıb: “Məlum olduğu kimi, 20 ildən artıqdır ki, Ermənistan Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycan ərazisinin 20 faizini işğal edib. Azərbaycanın tarixi torpaqlarında bütün infrastrukturla yanaşı, milli, mədəni və dini abidələr də dağıdılıb. Həmin ərazilərin işğaldan azad olunması ilə bağlı BMT, ATƏT, Avropa Şurası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq qurumlar tərəfindən müvafiq qərar və qətnamələr qəbul edilib. Təəssüf ki, bütün bunların konkret nəticəsi olmayıb. Ermənistan nəinki beynəlxalq qanunları, nüfuzlu təşkilatların qərarlarını qulaqardına vurur, həmçinin öz haqsız mövqeyini əsaslandırmaq üçün işğalçı siyasətinə dini rəng verərək İslam dəyərlərini gözdən salmağa, xristian həmrəyliyi amilindən, Qərbin islamofob dairələrinin, aparıcı media resurslarının imkanlarından yararlanmağa çalışır və bəzi hallarda buna nail olur. Oxşar problemləri olan digər müsəlman ölkələri də mütəmadi olaraq belə hallarla rastlaşırlar. Bu faktlar İslam həmrəyliyinin gücləndirilməsi ilə yanaşı, informasiya sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsinə böyük ehtiyac olduğunu əyani şəkildə təsdiq edir”.

Bu istiqamətdə hələ 2012-ci ildə Qabonun paytaxtı Librevildə, 2014-cü ildə isə İranın paytaxtı Tehranda İƏT-ə üzv ölkələrin informasiya nazirlərinin müvafiq olaraq 9-cu və 10-cu toplantılarında informasiya sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə ciddi qərarlar qəbul edildiyini xatırladan Əli Həsənov bildirib: “Hesab edirik ki, İƏT-ə üzv ölkələrin KİV-ləri arasında obyektiv informasiya mübadiləsinin genişləndirilməsi, virtual dünya məkanında birgə fəaliyyətin əlaqələndirilməsi, vahid media qurumunun və internet resurslarının yaradılması istiqamətində tədbirlərin həyata keçirilməsinə ciddi ehtiyac var”.

Azərbaycan Respublikasının dünyada İslam həmrəyliyinin gücləndirilməsi, müsəlman ölkələri arasında əməkdaşlığın və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi işinə həmişə töhfə verdiyini və verəcəyini vurğulayan Prezidentin köməkçisi deyib: “2017-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulan IV İslam Həmrəyliyi Oyunları da ümumi mənafelərimizə xidmət edəcək. Artıq Azərbaycan mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübə qazanıb. Çalışacağıq ki, IV İslam Həmrəyliyi Oyunları həm də bütün İslam dünyasının zəngin potensialının, müsəlman ölkələri arasında dostluq və həmrəyliyin təcəssümü kimi bütün dünyanın diqqətini özünə cəlb etsin. İnanırıq ki, bu, bütün müsəlman ölkələrinin media nümayəndələri üçün də əlverişli fürsət olacaq. Bu amili, habelə müsəlman ölkələri arasında informasiya mübadiləsinin səviyyəsinin yüksəldilməsi, İslam həmrəyliyinə kənar və mənfi xarakterli təsirlərin aradan qaldırılması, İslam dininin, müsəlman dünyasının yüksək mənəvi dəyərlərinin daha səmərəli təbliği və digər məsələlərin uğurla həllini təmin etmək üçün İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin yeni yaradılmış Jurnalistlər Assosiasiyası dəstəklənməli, onun məqsədyönlü fəaliyyətinə hərtərəfli yardım göstərilməlidir”.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxışını bu fikirlərlə bitirib: “İƏT-ə üzv ölkələrin səfirlərinin, jurnalistlərinin bu konfransda iştirakını yeni təşəbbüsə dəstəyin ifadəsi kimi dəyərləndiririk. Bir daha ümidvar olduğumuzu bildiririk ki, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin informasiya nazirlərinin növbəti toplantısında bu təşəbbüs fəal müzakirə olunacaq və Assosiasiyanın səmərəli fəaliyyətinin təşkili ilə bağlı müvafiq qərarlar qəbul ediləcək”.

Sudanın Azərbaycandakı səfiri Mohamed Elias Mohamed ƏL-HAQ çıxışında deyib ki, media bu gün prioritet sahələrdən birinə çevrilib. İslam mediası isə dinimizin dəyərlərini möhkəmləndirməyə xidmət etməlidir. Mədəniyyətin, ənənələrin yayılmasında medianın rolu əvəzsizdir. İslam dini sülh, tolerantlıq dinidir. İslam mediası da bu meyillərin yayılmasına xidmət etməlidir. Həmçinin media İslamla, şəriətlə bağlı məlumatlar yayarkən diqqətli olmalıdır. Ümumiyyətlə, KİV sahəsində çevik siyasət xüsusi önəm kəsb edir və Assosiasiya bu işə yaxşı töhfə verə bilər.

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Musaid bin İbrahim bin Abdullah ƏL-SƏLİM qeyd edib ki, hazırda informasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı, habelə dünyada baş verən siyasi, ictimai dəyişikliklər mediadan daha mütəşəkkil fəaliyyət tələb edir. İslam ölkələrinin mediası baş verən hadisələrin düzgün, peşəkar şəkildə dünyaya çatdırılmasında fəal iştirak edə bilər. Medianın hər zaman güclü ictimai təsirə malik olduğunu deyən səfir qeyd edib ki, KİV ictimai rəyi istiqamətləndirən ən əsas vasitədir. Bu vasitədən İslam həmrəyliyinin dəstəklənməsində istifadə etmək vacibdir və bu işdə yeni Assosiasiya mühüm rol oynaya bilər.

İranın Azərbaycandakı səfirinin müavini Davud ÇƏRMİ bildirib ki, bu Assosiasiya İslam ölkələri arasında informasiyanın düzgün yayılmasına, müsəlman aləmində sülhün və təhlükəsizliyin bərqərar olmasına imkan yaradacaq. O qeyd edib ki, İran İslam ölkələri arasında bu innovativ təsisatın yaradılmasını dəstəkləyir. Bu Assosiasiya İslam ölkələri arasında məlumat mübadiləsinin aydın və düzgün qaydada aparılmasına şərait yaradacaq. Bu, həmçinin islamofobiya meyillərinin aradan qaldırılmasına xidmət edəcək.

Türkiyənin Azərbaycandakı müvəqqəti işlər vəkili xanım Meral BARLAS diqqətə çatdırıb ki, texnologiyanın sürətli inkişafı düzgün və dəqiq informasiyanın yayılmasının önəmini daha da artırıb. Bu baxımdan jurnalistika əhəmiyyətli rol oynayır. Ancaq çox mənbədən gələn xəbərlərin dəqiqləşdirilərək, doğruluğu araşdırılaraq yayımlanması vacibdir. Jurnalistikanın etik davranış kodeksləri də buna əsaslanır. Əminəm ki, yeni Assosiasiya bu işdə mətbuat üçün faydalı olacaq.

İndoneziyanın ölkəmizdəki səfiri Hüsnan bəy FANANİ bildirib ki, bu gün KİV-lərin əlində böyük güc var. Ona görə də KİV hər zaman dördüncü hakimiyyət adlandırılır. Bu gün KİV həm də dövlətlər arasında körpü qurmaq işində mühüm rola malikdir. KİV geniş ictimaiyyətin fikrini hökumətə çatdırmaq rolunu da oynayır. KİV demokratiyanın onurğa sütunudur. Son illərdə isə multikulturalizmə və demokratiyaya bəzi dairələrdə KİV vasitəsilə hücumlar olur. Yeni Assosiasiya bu məsələni xüsusi diqqətdə saxlamalıdır.

İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili Fazil ƏŞ-ŞUVEYLİ qeyd edib ki, Azərbaycan tolerantlıq ənənələrinin təbliğində böyük işlər görür. İslam mediasının üzərinə düşən əsas vəzifə ondan ibarətdir ki, İslam dininə qarşı mövcud olan mənfi meyillərlə mübarizə aparsın. Media, həmçinin cəmiyyətlər arasında körpünün qurulmasında, əlaqələrin inkişafında önəmli rola malikdir. İslam Dövlətləri Jurnalistləri Assosiasiyası da bu məqsədə xidmət edəcəkdir.

Sonra Fazil ABBASOVUN İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının yaranma zərurəti, məqsədi və vəzifələri ilə bağlı məruzəsi dinlənilib. O qeyd edib ki, regional, dini baxımdan bir çox jurnalist təşkilatları, birlikləri yaradılıb. Bu təşkilatlar əsasən onların öz maraqlarını ifadə edir. Bununla da jurnalist peşəkarlığı, doğru, dəqiq xəbər yayılması ilə bağlı hüquqlar pozulur. Bundan ən çox zərər çəkənlərin isə İslam ölkələrinin olduğunu desək səhv etmərik. İslam ölkələrinə yönələn bu siyasətə qarşı fəaliyyət göstərən, haqq səsini ucaldan media qurumu isə yox dərəcəsindədir.

İordaniyalı jurnalist Omar ARMUTİ belə bir Assosiasiyanın yaradılmasından məmnunluğunu bildirib. Diqqətə çatdırıb ki, bu qurum vasitəsilə İslam ölkələri arasında müxtəlif məsələlərlə bağlı informasiya mübadiləsi üçün imkanlar yaranacaq.

AZƏRTAC-ın baş direktoru Aslan ASLANOV tədbirdə çıxış edərək deyib ki, İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının niyyət konfransının keçirilməsi təşəbbüsü həqiqətən təqdirəlayiqdir. Baş direktor əminliyini bildirib ki, bu sahədə görüləcək işlər müsəlman dünyası üçün çox xeyirli və faydalı olacaq.

Qeyd edilib ki, yeni Assosiasiya İslam ölkələrinin peşəkar jurnalistlərini, aparıcı xəbər agentliklərini, beynəlxalq və regional media təşkilatlarını bir araya toplayaraq həqiqəti əks etdirən informasiya mübadiləsi aparmağa, qloballaşan dünyada İslam aləminin üzləşdiyi yeni təhdidlərə qarşı mübarizədə birlik və həmrəyliyə nail olmağın yollarını tapmağa imkan verəcək nüfuzlu platformaya çevriləcək.

Diqqətə çatdırılıb ki, İslam ölkələri jurnalistlərinin birliyi və həmrəyliyi indi həmişəkindən daha aktual və vacibdir. Çünki son illərdə dünyanın bir çox yerlərində, xüsusilə də İslam ölkələrinin bir çoxunda siyasi-iqtisadi təbəddülatlar, terror hücumları, hərbi toqquşmalar baş verir. Yaxın Şərqdə böyük qaçqın kütləsi yaranıb. Həll olunmamış problemlər, münaqişələr təkcə həmin ölkələr üçün deyil, həm də bütövlükdə region üçün ciddi təhlükə törətməkdədir.

Assosiasiyanın yaradılması istiqamətində bir sıra çox mühüm işlərin görüldüyünü deyən Aslan Aslanov qeyd edib ki, qurumun saytının yaradılması və orada Azərbaycan, ingilis və ərəb dillərində informasiyaların və videoxəbərlərin yerləşdirilməsi təqdirəlayiq haldır.

Assosiasiyanın gələcək fəaliyyəti ilə bağlı bir sıra təkliflərini səsləndirən AZƏRTAC-ın baş direktoru deyib: “Assosiasiyaya üzv qəbul olunan və olunacaq ölkələrin media qurumlarının hər birindən hər gün bütövlükdə İslam dünyasının ictimai, siyasi, iqtisadi, mədəni həyatının aktual məsələlərini özündə əks etdirən 8-10 informasiya və videoxəbər alınaraq sayta yerləşdirilsin”.

Assosiasiya çərçivəsində İslam ölkələri jurnalistlərindən ibarət çevik qrupun formalaşdırılmasının vacibliyini qeyd edən A.Aslanov bildirib ki, bu, üzləşdiyimiz və üzləşəcəyimiz hadisələr haqqında vaxtaşırı informasiya mübadiləsinə, ictimai rəyin düzgün istiqamətə yönəldilməsinə imkan verər.

Qırğızıstanın “Akipress” İnformasiya Agentliyinin baş direktorunun müavini xanım Venera JAMALKULOVA bu cür əməkdaşlıq platformasının yaradılmasının önəmini vurğulayıb. O, bu əməkdaşlıq çərçivəsində İslam dini ilə bağlı mənfi meyillərə qarşı birgə mübarizə aparılmasının da vacibliyini qeyd edib. Venera Jamalkulova, həmçinin İslam dövlətlərini təmsil edən jurnalistlərin Avropa ölkələrində olan həmkarları ilə birgə müzakirələr aparmalarını təklif edib.

“APA-Holdinq”in prezidenti Vüsalə MAHİRQIZI çıxış edərək deyib ki, hər bir dövləti təmsil edən media qurumu öz ölkəsi ilə bağlı mühüm informasiyaları işıqlandırır. İƏT-ə üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının yaradılması ölkələrimiz üçün strateji əhəmiyyət daşıyan xəbərləri ilk mənbədən mübadilə etməyimiz üçün transmilli media orqanlarının manipulyasiyasının qarşısının alınmasında mühüm rol oynaya bilər. Assosiasiyanın yaradılması bu baxımdan vacibdir. Həmçinin Assosiasiya vasitəsilə jurnalistlərin bir-birinin ölkələrini, cəmiyyətlərini tanıması, qarşılıqlı səfərlərin təşkili də mümkündür.

Sonra “İrşad” Dini Araşdırmalar Mərkəzinin direktoru Rafiq ƏLİYEV “Dünyada islamofob meyillərin artması və İslam ölkələrinə tətbiq edilən ikili standartlara qarşı mübarizədə jurnalistlərin rolu” mövzusunda məruzəsində bu cür platformanın yaradılmasının vacibliyini qeyd edib. Bildirib ki, bir sıra ölkələrdə yayılan islamafobiya meyillərinin artdığı bir dövrdə İslam ölkələrinin jurnalistlərinin üzərinə çox böyük bir vəzifə düşür. İslam dininin dəyərlərinin, onun mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması çox önəmli məsələdir.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət MƏMMƏDOV deyib ki, təəssüflər olsun, bu gün islamofobiya İslam dünyasına qarşı siyasi mexanizmə çevrilib. İslam ölkələrinin media mənsubları bunu düzgün şərh etməlidirlər. Əgər bunu dərk etməsələr, o zaman o transmilli media axınında boğularaq, heç nəyi dərk edə bilməyəcəyik. Ona görə də məsələyə qlobal kontekstdə yanaşmaq və birgə zəruri addımlar atmaq lazımdır. Yeni Assosiasiya da bu işə xidmət edəcək.

“Əl-cəzirə” qəzetinin baş redaktoru Xalid AL-MALİK belə bir konfransın keçirilməsinin, bu formatda Assosiasiyanın yaradılmasının vacibliyini diqqətə çatdırıb. O, gələcəkdə bu cür əməkdaşlıq çərçivəsində qeyri-İslam ölkələrinin jurnalistləri ilə əlaqələrin qurulmasının əhəmiyyətli olacağını bildirib. Qeyd edilib ki, bu platforma İslam ölkələri ilə bağlı doğru, dəqiq informasiyaların yayılması işinə töhfə verəcək.

Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq ƏLƏSGƏRLİ diqqətə çatdırıb ki, əgər İslam dininin daşıyıcısı olan ölkələrin media mənsubları səylərini birləşdirərlərsə, hazırladıqları informasiyaların müxtəlif aparıcı dillərdə internet resursları vasitəsilə yayılmasını təmin edərlərsə, bu, bir sıra mənfi halların qarşısını ala bilər. Yeni Assosiasiya bu məsələlərə ciddi önəm verməlidir.

Türk Xalqları Ümumdünya Konqresinin prezidenti Yəhya ƏLİYEV də İslam ölkələrinin jurnalistləri arasında həmrəyliyin vacibliyindən danışıb.

Sonra türkiyəli araşdırmaçı jurnalist Dursun ÖZDENİN “İslam həmrəyliyinə mənfi təsir göstərən amillər və onların aradan qaldırılmasında medianın üzərinə düşən vəzifələr” mövzusunda məruzə ilə çıxış edib.

İƏT-in İİNA agentliyinin xəbər departamentinin müdiri Zayet Sultan ABDULLA informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə bu cür Assosiasiyanın yaradılmasının önəmli olduğunu ifadə edib. Bildirib ki, hər bir məsələ ilə bağlı düzgün informasiyaların çatdırılması, cəmiyyətlərdə məlumatlandırmanın düzgün şəkildə aparılması vacibdir.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin MİRZƏBƏYLİ dünyada İslam dininə qarşı ayrı-ayrı mənfi təzahürlərin formalaşdığı bir dövrdə İslam ölkələri jurnalistlərinin belə bir Assosiasiyada birləşməsi addımını yüksək dəyərləndirib. O, İslam dininin humanist dəyərlərinin, mədəniyyətinin təbliğinin də aparılmasının önəmini qeyd edib.

CPF saytının rəhbəri Malik Ayub SUMBAL və misirli jurnalist Əhməd RAQİB də İslam dininə qarşı mənfi meyillərin aradan qaldırılmasında Assosiasiyanın önəmli rol oynayacağından danışıblar.

Sonda konfransın yekun Bəyanatı oxunub və imzalanıb.

Konfrans çərçivəsində misirli tədqiqatçı Əhməd Əbdoh Tarabikin “Qarabağ - Qafqazda sülh yolu” və iordaniyalı məşhur ictimai xadim, tarixçi və yazıçı Ömər əl-Armutinin “Dağlıq Qarabağ münaqişəsi və beynəlxalq hüquq (Azərbaycan Respublikası)” kitablarının təqdimatı olub.

Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının niyyət konfransı keçirilib [YENİLƏNİB-2] VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Loran Vokye ilə bağlı araşdırma sənədini yoxlamaq üçün 500-ə yaxın könüllü səfərbər olub

® Mərkəzi Gömrük Hospitalında Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd edilib

Tramp: İran ilə müttəfiq olan Çinin və Rusiyanın liderləri çox vaxt münaqişədən kənarda dayanıblar

Fermerlərin xarici bazarlara çıxması üçün yeni imkanlar VİDEO

Fermerlərin xarici bazarlara çıxması üçün yeni imkanlar VİDEO

Fransanın Baş naziri ölkəsinin növbəti il üçün büdcəsinin gecikməsi ilə əlaqədar xəbərdarlıq edib

"Səbail"in yeni rəhbəri bəlli olub

“Qarabağ” mozambikli müdafiəçini transfer edib

MDU-da nəticəyönümlü akademik fəaliyyətin qiymətləndirilməsi üzrə rəqəmsal idarəetmə modeli istifadəyə verilib

Xaçınçaya gələn sel sularının yaratdığı təhlükənin qarşısı alınıb – YENİLƏNİB

ABŞ Prezidenti: İranla müqavilə sabah və ya o biri gün imzalanacaq

II və III ixtisas qrupları üzrə mayın 24-də keçirilən qəbul imtahanının nəticəsi elan edilib

Ekspert: Sosial platformaların tənzimlənməsi uşaqların rəqəmsal mühitdə müdafiəsini gücləndirməyə kömək edəcək

Ali Məclisin komitə iclasında iki qanun layihəsi müzakirəyə çıxarılıb

Van İ: Çin İranın qanuni iddialarını dəstəkləyir

“Axios”: ABŞ və İran Anlaşma Memorandumunun daha erkən imzalanmasını müzakirə edir

Bu saata olan əsas xəbərlər

İlk qadın bəstəkarların irsinə həsr olunmuş konfrans təşkil edilib

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində regional ticarət əlaqələrinin gücləndirilməsi məsələləri müzakirə olunub VİDEO

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində regional ticarət əlaqələrinin gücləndirilməsi məsələləri müzakirə olunub VİDEO

Qazaxıstanlı sənətçi: Azərbaycan sirki milli koloritini nümayiş etdirməlidir

Hesablama Palatasının sədr müavini: Rəqəmsal transformasiya ali audit orqanlarına bir sıra üstünlüklər təqdim edir

Azərbaycan və Koreya XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu olub

Xankəndidə fəaliyyət göstərən tikiş fabriki fəaliyyətini genişləndirir

ABŞ-nin sahillərinə tropik fırtına yaxınlaşır

Ukrayna Silahlı Qüvvələri Rusiyanın “kölgə donanması”na məxsus tankeri və iki körpünü vurub

Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdərə şəhərində keçirilib YENİLƏNİB

Orxan Məmmədov: “Startap” şəhadətnaməsi alan şirkətlərin ümumi dövriyyəsi 63 milyon manata yüksəlib

Xocalıda salınmış intensiv bağçılıq təsərrüfatları ilə tanışlıq

Türk professor: Azərbaycan Türk dünyasının yeni geoiqtisadi mərkəzlərindən birinə çevrilir

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu UNESCO-da təqdim olunub

KOBİA sədri: İnnovasiyanın və startap ekosisteminin inkişafı Azərbaycanda əsas prioritet istiqamətlərdən birinə çevrilib

İdarə Heyətinin sədri: İnklüziv sosial müdafiə sahəsində təcrübəmizi beynəlxalq tərəfdaşlarla bölüşməyə hazırıq

Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları Xocalıda salınmış intensiv meyvə bağları ilə tanış olublar

İcraçı direktor: Ardıcıl islahatlar və dövlət proqramları səhiyyə sisteminin inkişafına mühüm töhfə verib

Sərgi iştirakçısı: Yeni bazarlara çıxış, əlaqələrin yaranması və alıcıların artmasını gözləyirik

Nazir müavini: Sosial xidmətlər sisteminin inkişafı istiqamətində mühüm addımlar atılıb

Xocalıda “Qoç Ət”in heyvandarlıq kompleksi ilə tanışlıq olub

Milli Məclisdə innovasiya və maliyyə alətlərinə dair 5 qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb VİDEO

Milli Məclisdə innovasiya və maliyyə alətlərinə dair 5 qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb VİDEO

Avropa Parlamenti Gürcüstanla bağlı hesabat qəbul edib

Almaniya ilə Polşa arasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsinə dair saziş imzalanıb

“Şəfa” futbolçusu ilə müqavilə müddətini uzadıb

Binə qəsəbəsində yeni heyvan bazarı fəaliyyətə başlayıb

Xocalının Daşbulaq kəndində baramaçılığın inkişafı üçün yaradılmış infrastruktura baxış keçirilib

Şahzadə Harri və Meqan Markl Böyük Britaniyaya səfər edəcəklər

Livan Prezidenti: İsraillə danışıqlar xətti müstəqildir

Milli ruhun tərcümanı: 95 yaşlı Xalq Çalğı Alətləri Orkestrindən musiqi ziyafəti

Yousef Aldobeay: Azərbaycanın ev sahibliyi edəcəyi 16-cı İslam Sammiti mühüm hadisələrdən biri olacaq

ABŞ konqresmeni Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

® Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edib

Siyasi şərhçi: Azərbaycan qlobal təhlükəsizliyə töhfə verən əsas aktorlardan biridir

Avropa Parlamenti geni modifikasiya olunmuş bəzi bitkilər üçün tələbləri yumşaldır

Media: Son müharibə dövründə İran aviasiya donanmasının bir hissəsini xarici ölkələrə köçürüb

Azərbaycan-Türkiyə əməkdaşlığı regional sabitlik və qlobal tərəfdaşlığın gücləndirilməsində strateji nümunədir - ŞƏRH

AHİK tədbirində əmək hüquqları və insan haqlarının müdafiəsi diqqət mərkəzində olub

Norveçdə vəhşi qızılbalıq populyasiyaları təhlükə altında qalır

Orxan Məmmədov: “Made in Azerbaijan” brendi beynəlxalq bazarda özünə yer tapıb VİDEO

Orxan Məmmədov: “Made in Azerbaijan” brendi beynəlxalq bazarda özünə yer tapıb VİDEO

Azərbaycan ilə UNESCO Baş Konfransı arasında əməkdaşlıq məsələləri müzakirə edilib

YAP ilə Kamboca Xalq Partiyası arasında əməkdaşlıq genişləndirilir

Qazaxıstanda antiterror təlimləri keçiriləcək

Azərbaycan və OPEC Beynəlxalq İnkişaf Fondu iqtisadi tərəfdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirir

“Azərbaycan Dəmir Yolları” ilə Asiya İnfrastruktur İnvestisiya Bankı logistika sahəsində əməkdaşlığı genişləndirir

Məhkumun həbs olunmamışdan əvvəl gizlətdiyi silah-sursat aşkar edilib – BİRGƏ MƏLUMAT

Ukraynanın Dnepropetrovsk vilayətinin daha 23 yaşayış məntəqəsində məcburi təxliyə elan edilib

AZAL: İyun ayının ilk yarısında Naxçıvana 47 mindən çox sərnişin daşınıb

Azərbaycan səhiyyəsi sosial dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi inkişaf edir – RƏY

Aİ Ebola ilə mübarizəyə 493 milyon avro ayıracaq

Mirnuh İsmayılov: Azərbaycan ərazisinin 60-65 faizi müxtəlif səviyyələrdə səhralaşma dərəcəsinə məruz qalıb

Nazir müavini: Biznesdə yeni texnologiyaların tətbiqi vacib məsələlərdən biridir

Gənclər Kitabxanasının direktoru: Səməd Vurğun irsinin süni intellektlə təqdimatı planlaşdırılır

Yeni Dövlət Proqramı aqrar sektorda məhsuldarlıq, ixrac və ərzaq təhlükəsizliyi üzrə yeni mərhələnin əsasını qoyur - ŞƏRH

BDU-nun iki jurnalı “Web of Science Core Collection” bazasında ilk onluqda yer alıb

Zelenski: Fransada keçirilən G7 sammitinin Ukrayna üçün mühüm nəticələri olub

Aslan Cəfərov: Gənclər Kitabxanasında Səməd Vurğunun söz xəzinəsi yenidən canlanır

Norveçin vəliəhd şahzadəsinə uğurlu ağciyər transplantasiyası edilib

“Psixiatriya yardımı haqqında” Qanuna dəyişikliklər parlamentin iclasına tövsiyə olunub

Azərbaycan Milli Məclisi ilə ABŞ Konqresi arasında münasibətlər inkişaf etdirilir

Cari ilin ilk 5 ayı ərzində Energetika Nazirliyi tərəfindən 108 icazə verilib

“Su pəhrizi” ilə çəkini azaltmaq nə qədər sağlamdır?

Portuqaliya yığmasının səfiri: Qurban Qurbanov qələbə qazanmağı sevən mütəxəssisdir

DİN: 51 kiloqram narkotik vasitə və 2000 psixotrop həb dövriyyədən çıxarılıb VİDEO

DİN: 51 kiloqram narkotik vasitə və 2000 psixotrop həb dövriyyədən çıxarılıb VİDEO

Omanın Sultanı Heytəm bin Tariq Al Səiddən

® “Expressbank”ın İnternet Bankçılıq platformasında – YENİLİKLƏR

Azərbaycan və Özbəkistan arasında işgüzar əməkdaşlığa dəstək artır

Misirli nazir: İƏT-ə üzv ölkələrin infrastruktur ehtiyacları üçün maliyyə çatışmazlığı illik 290 milyard dollara çatır

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları “Dəmirli” Filiz Emalı Kompleksində görülən işlərlə tanış olublar

"Xocalı harayı" kitabının təqdimatı olub VİDEO

"Xocalı harayı" kitabının təqdimatı olub VİDEO

Materiallar Müqaviməti üzrə Respublika Olimpiadasının qalibləri mükafatlandırılıb

Nazir müavini: Azərbaycan İƏT-ə üzv 51 ölkəyə inkişaf dəstəyi göstərib

Anja Nitzsche: Süni intellektə yönəlmiş dayanıqlı maliyyələşdirmə mexanizmləri və investisiyalar gücləndirilməlidir

İİB rəsmisi: AIDA–İİB tərəfdaşlığı təşəbbüslərin real nəticələrə çevrilməsinə şərait yaradır

Konfrans Liqası: “Neftçi” və “Zirə”nin II təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib

AzMİU alimlərinin ixtirası aşağımərtəbəli binaların etibarlılığını artıracaq

Fərid Osmanov: Startaplar üçün konvertasiya edilən borc mexanizmi tətbiq ediləcək

Moldova iki beynəlxalq dənizçilik konvensiyasına qoşulacaq

Cevdet Yılmaz: Türkiyənin qarşısında Zəngəzur dəhlizi də daxil olmaqla yeni imkanlar açılır

Dövlət qulluğuna qəbul üzrə növbəti test imtahanı iyulun 5-də təşkil olunacaq

Adil Kərimli UNESCO İcraiyyə Şurasının sədri ilə görüşüb

Azərbaycanda startap investisiyaları üçün yeni hüquqi baza formalaşdırılır

İlmələrdə yaşayan ömür: Lətif Kərimov və milli irsimiz

May ayında qlobal temperatur XX əsrin orta göstəricisini bir dərəcədən çox keçib