CƏMİYYƏT


Azərbaycan ədliyyəsinin 100 illiyi Penitensiar Xidmətdə qeyd edilib

Bakı, 21 noyabr, AZƏRTAC 

Ümummilli lider Heydər Əliyevin 2000-ci il noyabrın 11-də imzaladığı Sərəncamla hər il qeyd olunan ədliyyə işçilərinin peşə bayramı münasibətilə silsilə tədbirlər davam edir.

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, növbəti tədbir xidmətin mühafizə alayında təşkil olunub.

Tədbirdə çıxış edən ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Ceyhun Həsənov Azərbaycan ədliyyəsinin 1918-ci ildən başlayaraq keçdiyi şanlı tarixi yoldan bəhs edib. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə təsis edildiyini vurğulayan C.Həsənov bildirib ki, Azərbaycan ədliyyəsi Ulu Öndərin layiqli davamçısı və siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir və təkmilləşir.

O, Azərbaycan ədliyyəsinin 100 illiyi münasibətilə ədliyyə naziri Fikrət Məmmədovun adından Penitensiar Xidmətin bütün şəxsi heyətini təbrik edib, onlara çətin və şərəfli işlərində müvəffəqiyyətlər arzulayıb. Nazir müavini əminliklə bildirib ki, Penitensiar xidmətin şəxsi heyəti nümunəvi xidməti ilə bundan sonra da dövlətçiliyin keşiyində duracaq, Ali Baş Komandanın əmri ilə hər an verilən tapşırıqların icrasına hazır olacaq.

Uzun illər Penitensiar xidmətdə çalışıb və hazırda təqaüddə olan veteranlar tədbirdə çıxış edərək peşə bayramı münasibətilə bütün ədliyyə orqanlarının işçilərini təbrik edib, Azərbaycan ədliyyəsinin şanlı tarixindən və inkişaf yolundan, ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər bu sahədə sürətli tərəqqiyə nail olunduğunu xüsusilə vurğulayıblar.

Veteranlara qiymətli hədiyyələr təqdim olunub.

Tədbir mühafizə alayının hərbi qulluqçularının təntənəli keçidi və xüsusi təyinatlı bölüyün əməkdaşlarının nümunəvi çıxışları ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.