Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda müalicəvi turizmin inkişafında tibb zəlisinin rolu

Azərbaycanda müalicəvi turizmin inkişafında tibb zəlisinin rolu

Bakı, 4 aprel, AZƏRTAC

Əlverişli təbii şəraitə malik olan dünya ölkələrində müalicə turizminin inkişafına böyük önəm verilir və buna küllü miqdarda vəsait ayrılır. Son illər dünyada müalicə turizmi sahəsinə təqribən 100 milyard dollar həcmində yatırım edilib.

Ölkəmizdə müalicə turizmin inkişafı üçün geniş imkanlar mövcuddur. Bu imkanlardan biri də tibbi zəlilərlə bağlıdır. Çünki bu növ müalicə ölkəmiz üçün gələcəkdə turizmin inkişafında xüsusi əhəmiyyət kəsb edə bilər.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Turizm və rekreasiya coğrafiyası şöbəsinin aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Şahvələd Əliyev deyib.

“Tibbi zəlilərin insan orqanizmi üçün faydalı olan 3 forması müəyyən edilib: adi tibb zəlisi, aptek zəlisi, şərq tibb zəlisi. Aparılan müşahidələr onu deməyə əsas verir ki, şərq tibb zəlisi digər zəlilərdən fərqli olaraq daha fəal yırtıcı həyat tərzi keçirir. Belə ki, 2 qram çəkiyə malik olan orta ölçülü bu zəlilər öz çəkisindən 5-8 dəfə çox qan sormağa qadirdirlər. Tibbi zəlilər su bitkiləri ilə zəngin olan şirin su tutarlarında, əsasən göl və gölməçələrdə, nohurlarda, gölməçə tipli bataqlıqlarda, sakit axan dayaz çaylarda, bəzi bulaqlarda, bol qida mənbəyi olan sututarlarında mövcuddurlar. Onlar əsasən litofil onurğasız heyvanlardır.

Qədimdə insanlar zəlilərdən baş ağrısı, qan durulducu və təzyiqsalıcı vasitə kimi istifadə ediblər. Zəlidən müalicə vasitəsi kimi ilk dəfə Holofonada yaşayanı Nikandr bizim eradan 200 il əvvəl istifadə edib. Zəli ilə müalicə Yunanıstanda, Misirdə, Qərbi Avropada və digər ölkələrdə ilk əvvəllər asma-bronxit, ürək-damar, hipertoniya xəstəliklərinin müalicəsində istifadə ediblər. İbn Sina zəlini bir çox xəstəliklərin müalicəsində əvəzolunmaz bir vasitə hesab edib. Zəlinin xalq təbabətində istifadə kökləri çox qədim dövrlərə gedib çıxır. Hətta Misir piramidalarında zəlilərin təsvirləri mövcuddur. Zəlilər qədim insanlar üçün təbii “aspirin” rolu oynayırdı, onları universal həb hesab edirdilər.

Hazırda zəli ilə müalicə tibdə öz təsdiqini tapmış bir müalicə vasitəsi kimi tanınır və dünyanın bir çox ölkələrində, o cümlədən Çin, Yaponiya, Hindistan, ABŞ, Kanada, Rusiya, Qərbi Avropa ölkələrində geniş tətbiq olunur. Azərbaycanda da zəli ilə müalicə geniş vüsət alıb.

Tədqiqatlar göstərir ki, tibbi zəlinin bədəni əsl farmoseptik mini fabrikdir. Müəyyən edilib ki, zəlinin ağız suyundan ifraz olunan fermentlər insan bədəninə cürbəcür - mexaniki, bioloji, reflektor və immunoloji təsirlər göstərir. Tədqiqatçılar zəlinin ağız suyundan əvvəl elmə məlum olmayan 100-dən çox bioloji aktiv birləşmə aşkar ediblər.

Araşdırmaçılar elm və texnologiyanın inkişafına əsaslanaraq 2030-cu illərdə bəzi xəstəliklərin zəli ilə müalicəsində yüksək nailiyyətlər əldə olunacağını proqnozlaşdırırlar. Müəyyən olunub ki, zəlinin ağız suyundan ifraz olunan hirudin, destebilaza, orhelaza fermentləri insan orqanizmində immun sisteminin yüksəlməsinə, patogen mikrofloranın təmizlənməsinə, iltihabı prosesin aradan qaldırılmasına, damarların elastikliyinin artmasına, qanın durulmasına, qandan trompların əridilməsinə və damar tutulmasına təsir edir. Antistazin, dekorzin, kalin və s. fermentlər isə qanın və limfanın toxuma və hüceyrələrdə normal hərəkətinə səbəb olur”, - deyə Ş.Əliyev bildirib.

Onun sözlərinə görə, zəlinin kompleks müalicə effekti var: “Adətən zəli ilə müalicə xəstəliklərin tuğyan etdiyi dövrdə, yəni yaz və payız aylarında aparılır. Lakin apardığımız müşahidələrə əsasən demək olar ki, xəstəlik xroniki xarakter daşıyarsa, fəsildən asılı olmayaraq hər bir ayda zəli müalicəsi qəbul etmək faydalı ola bilər. Hətta sağlam insanlar profilaktik məqsədlə ildə bir neçə prosedur zəli müalicəsi qəbul etsələr, həmişə sağlam olarlar. Xəstəliyin xarakterindən asılı olaraq 3-5, 8-10 seans zəli proseduru qəbul etməklə xəstəliyin simptomlarının aradan qaldırılmasında müsbət nəticələrə nail olmaq mümkündür. Bir kurs müalicə üçün 60-80 ədəd zəli kifayət edir. Hər bir zəlidən 1 dəfə istifadə edilə bilər, onların təkrar istifadəsi təhlükəlidir.

Apardığımız müşahidələr göstərir ki, göz təzyiqi insanda qlaukoma xəstəliyinə səbəb olur. Lakin 5-6 seans zəli müalicəsi qəbul etməklə xəstə normal vəziyyətə düşə bilər. Digər araşdırmalar zamanı məlum olub ki, illərlə miqren xəstəliyindən əziyyət çəkən xəstələr bir neçə prosedur zəli müalicəsi qəbul etməklə ondan xilas ola biliblər. Ölkəmizdə fəaliyyət göstərən apteklərin əksəriyyətində zəli satılır. Lakin bəzi apteklərdə zəlilər qablarda düzgün saxlanılmır. Məsələn, 3 litr şüşə qablarda 50-60 zəli yerləşdirilməli olduğu halda 300-400 zəli saxlanılır. Zəlilər üzərində aparılmış müşahidələr göstərir ki, zəlilər dərilərini 1-2 gündən bir dəyişirlər. Ağ şəffaf rəngli qabıqlar qabın dibinə çökərək bakteriya mənbəyinə çevrilir və zəlilərin bakteriyaya yoluxmasına səbəb olur. Odur ki, qablarda saxlanılan zəlilərin suyu hər gün dəyişdirilməlidir. Təbiətdən ovlanmış zəlilər ən azı 6-7 gün təmiz xlorsuz sağlam su ilə hər gün yuyulduqdan sonra istifadəyə yararlı ola bilər.

Azərbaycanda müalicə turizmi inkişaf etdirilməsi siyasi və iqtisadi əhəmiyyət kəsb edir. Bu cəhətdən yaradılacaq zəli biofabriklərinə, hirudoterapiya, yəni zəli ilə müalicə pansionatlarına turistlərin səfər etməsi, onların ölkəmizdəki bioloji zənginliklərlə tanışlıq onun siyasi və iqtisadi qüdrətinə səmərəli təsir edə bilər. Ölkəmizdə tibbi zəli yetişdirilməsi üzrə biofabrikin təşkili və tərkibində hirudoterapiya müalicə kompleksinin yaradılması ilk növbədə bu sahənin inkişafına, ölkə daxilində zəlilərə olan tələbatın tam ödənilməsinə, əhalinin steril zəli ilə müalicəsinin həyata keçirilməsi baxımından faydalı ola bilər. İşin səmərəli və təhlükəsiz qurulması üçün yerli mütəxəssislərin Rusiya və digər xarici ölkələrin təcrübəsindən istifadə edilməsi ilə faydalanmaq olar.

Ölkəmizdə hirudoterapiya istiqamətində müalicə sağlamlıq turizmini brend kimi formalaşdırmaqla beynəlxalq səviyyədə tanınmaq üçün reklamını təşkil etməklə bu sahədə cəlbedici turizm ölkəsinə çevrilə bilərik. Tibbi zəlilərin akvarium şəraitində saxlamaqla da zəlilərin aktiv həyat tərzi ilə əyani olaraq tanışlıq, yerli və xarici turistlərin marağına səbəb ola bilər. O cümlədən, bu istiqamətdə səmərəli kommersiya fəaliyyəti də təşkil oluna bilər”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb