Bakıda dünyaşöhrətli caz pianoçu Mayk del Ferronun konserti təşkil edilib
Bakı, 19 noyabr, AZƏRTAC
Beynəlxalq Muğam Mərkəzində (BMM) dünyaşöhrətli caz pianoçu Mayk del Ferro konsert proqramı ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, "Bakı Jazz Festival-2022" çərçivəsində keçirilən konsertdə əfsanəvi caz pianoçu Mayk del Ferro öz əsrarəngiz ifalarını səsləndirib.
Qeyd edək ki, əfsanəvi pianoçu, bəstəkar Mayk del Ferro eyni zamanda Belçikanın Gent Konservatoriyasının müəllimidir.