Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Cənub Qaz Dəhlizi Azərbaycanın növbəti böyük tarixi qələbəsi olacaq

Cənub Qaz Dəhlizi Azərbaycanın növbəti böyük tarixi qələbəsi olacaq

Bakı, 5 fevral, Nihad Budaqov, AZƏRTAC

Bu il Azərbaycanın təşəbbüskarı və müəllifi olduğu nəhəng enerji infrastrukturu layihəsi olan Cənub Qaz Dəhlizinin istismara verilməsi üçün həlledici ildir. Cənub Qaz Dəhlizi çox sayda müxtəlif maraqlı tərəfləri, o cümlədən 7 hökuməti və 11 şirkəti özündə əhatə edən mürəkkəb layihədir. Bu layihə dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizi ilk dəfə olaraq Xəzər regionundakı qaz təchizatını Avropa bazarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişəcək. Cənub Qaz Dəhlizi dünya neft-qaz sənayesində bu vaxtadək olan ən mühüm və iddialı layihələrdən biridir.

Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. 2018-ci il mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib və Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vurulub. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində qurulan “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birgə qaz hasil edilir. 2018-ci il iyulun sonunda “Şahdəniz Bravo” platformasından ilk qaz əldə edildiyi vaxtdan hasilat tədricən artmaqda davam edir. Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündəlik 56 milyon (ildə 20 milyard) standart kubmetrdir. İndiyədək “Şahdəniz” qaz-kondensat yatağından 112 milyard kubmetr təbii qaz çıxarılıb. Hazırda “Şahdəniz” yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (“Botaş” şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə təbii qaz çatdırılır.

2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Ötən il noyabrın 30-da isə Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TANAP Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” qaz-kondensat yatağından çıxarılan qazı avropalı istehlakçılara çatdıracaq. Azərbaycan qazını Türkiyəyə və Avropaya çatdıran TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşib. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca uzanan hissəsi isə 480 kilometrdir. “Enerjinin İpək yolu” adlandırılan TANAP-la Türkiyəyə indiyədək 4 milyard kubmetrədək Azərbaycan təbii qazı nəql edilib.

TAP boru kəməri isə Cənubi Qafqaz Boru Kəməri və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdıracaq. Boru kəmərinin uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. TAP kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçir. TAP Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. TAP “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP boru kəməri, həmçinin Cənub-Şərqi Avropa ölkələri üçün də mühüm əhəmiyyət daşıyır.

Ötən ilin noyabrından TAP-ın Yunanıstan hissəsində sınaq məqsədilə qaz nəqlinə başlanılıb. İlk mərhələ istifadəyə verildikdən sonra təbii qaz tədricən boru kəmərinin Yunanıstan marşrutunun digər hissələrinə, eləcə də Albaniya və İtaliyaya mərhələli səkildə nəql edilməyə başlanacaq. TAP vasitəsilə ticari məqsədlə qaz nəqlinin cari ilin oktyabrında, yəni İtaliyaya qədər olan hissənin tam istifadəyə veriləcəyi və sınaqdan keçiriləcəyi vaxtda gözlənilir.

Kapital xərcləri 4,5 milyard avro olan TAP layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla 91 faizi yekunlaşıb. Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən – Yunanıstan, Albaniya və İtaliyadan keçir. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur.

Nəhəng infrastruktur layihəsi olan, bir neçə ölkəni birləşdirən Cənub Qaz Dəhlizi bu il tam istismara veriləcək

Azərbaycan Prezidenti kompleks boru kəmərləri zənciri olan Cənub Qaz Dəhlizinin inkişafını daim diqqətdə saxlayır, hər il Bakıda ənənəvi olaraq Cənub Qaz Dəhlizi Məşvərət Şurası keçirilir. “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyətini xüsusi qeyd edib. Dövlətimizin başçısı deyib: “Biz keçən ilin uğurlarını qeyd edərkən TANAP layihəsinin Avropa sərhədinə çatdırılmasını mütləq qeyd etməliyik. Bu, tarixi hadisədir, bu, tarixi layihədir. Cənub Qaz Dəhlizinin əsas hissəsi olan TANAP demək olar ki, tam istifadəyə verilmişdir. Keçən ilin noyabr ayında biz Türkiyə-Yunanıstan sərhədindəki mərasimdə bu layihənin tam istismara verilməsini qeyd etmişdik. Ondan əvvəl TANAP-ın Türkiyəyə çatdırılmasını qeyd etmişik. Bu, doğrudan da tarixi layihədir. Bu layihə artıq Cənub Qaz Dəhlizinin dördüncü seqmenti olan TAP layihəsinin uğurlu inkişafını və başa çatmasını şərtləndirir. Əminəm ki, bu il bu nəhəng infrastruktur layihəsi - uzunluğu 3500 kilometr olan, bir neçə ölkəni birləşdirən Cənub Qaz Dəhlizi tam istismara veriləcəkdir. Bu, bizim növbəti böyük tarixi qələbəmiz olacaqdır”.

Qeyd edək ki, təqribən 40 milyard dollar investisiya ilə həyata keçirilən Cənub Qaz Dəhlizi vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli planlaşdırılır. Bu boru kəməri sistemi elə layihələndirilib ki, gələcəkdə mümkün əlavə qaz həcmlərinin təchiz edilə bilməsi üçün onun ötürücülük gücü öz ilkin ötürücülük gücünün iki misli qədər artırıla bilər. Bu boru kəmərləri zənciri Azərbaycan təbii qazını Türkiyəyə və həmin ölkədən də Avropaya çatdırmaqla nəinki regionun, eləcə də qitənin enerji mənbələri və marşrutlarının şaxələndirilməsinə öz töhfəsini verəcək. Beləliklə də, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə Xəzər dənizi ilə Aralıq dənizini birləşdirən Azərbaycan növbəti - Xəzər dənizi ilə Adriatik dənizinin boru kəməriləri ilə birləşdirilməsi hədəfinin astanasındadır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü ildə bugünkü qüdrətli, qalib Azərbaycanın təməli qoyulub

Latviyada tanınmış Azərbaycan rəssamının sərgisinin açılışı olub

Batumidə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş fotosərgi açılıb

İtaliya şirkətinin nümayəndəsi: Konqres bizə Azərbaycanda yeni tərəfdaşlar tapmağa imkan yaradır

Qarabağ bölgəsində yaşayan erməni sakinlərin miqrasiya və sosial məsələlərlə bağlı müraciətləri dinlənilib

MN: Ermənilər Kəlbəcərdəki mövqelərimizə döyüş kvadrokopterləri vasitəsilə partlayıcı vasitələr atıb VİDEO

TUA rəsmisi: “IAC-2023 Azərbaycanda, dünyanın hər yerindən olan bütün kosmik insanları birləşdirən mötəbər platformadır

"Azərkosmos" rəsmisi: Kosmik sahəyə edilən yatırımlar gələcəyə edilmiş yatırımlardır

Nazir Ceyhun Bayramov: Azərbaycan qarşılıqlı şəkildə ərazi bütövlüyü və suverenlik çərçivəsində Ermənistanla sülh quruculuğunda maraqlıdır

Bakıda "SPACE 2030: Qlobal Kosmos İqtisadiyyatında Siyasət və Strategiyalar" mövzusunda sessiya işə başlayıb

Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində sərgi təşkil olunub
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sərginin açılışında iştirak ediblər YENİLƏNİB

“Uşaqların informasiya təhlükəsizliyi: problemə kompleks yanaşma” mövzusunda konfrans keçirilib

Ceyhun Bayramov Latviyanın Azərbaycana yeni təyin edilmiş səfiri ilə görüşüb

İraq mətbuatında Qarabağ barəsində məqalə dərc olunub

Yan Kubik: Çexiya dost Azərbaycanla əlaqələri bundan sonra da inkişaf etdirəcək

Xankəndi şəhərindəki poliklinikada ilk erməni sakinə zəruri tibbi xidmət göstərilib VİDEO

Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimi keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər YENİLƏNİB-4 VİDEO

Elisso Bolkvadze: Böyük tarixi şəxsiyyət Heydər Əliyevə həsr edilmiş sərginin və muğam gecəsinin təşkili bizim üçün olduqca mühümdür

Astronavtika Konqresinin Bakıda keçirilməsi həm də Azərbaycana olan etimadın göstəricisidir - ŞƏRH

“Dövlət qulluğunda korrupsiyaya qarşı mübarizə və etik davranış qaydalarının praktiki tətbiqi məsələləri” - təlim

Azərbaycanda daha 4 Bilim mərkəzi açılacaq VİDEO

Nazir Rəşad Nəbiyev “Roskosmos”un baş direktoru ilə görüşüb

“Canlı orqanizmlərin bəzi patoloji proseslərinin yeni nəsil inhibitorları” adlı monoqrafiya çap olunub

Belarusda Azərbaycanın ilk hərbi təyyarəçisi anılıb

Azərbaycanlı pilotlar və texniklər bütün dünyaya türkün gücünü göstərdilər

Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat- SİYAHI

İran XİN Türkiyə Prezidentinin Zəngəzur dəhlizi ilə bağlı fikirlərinə münasibət bildirib

İordaniyalı mühəndis: Azərbaycan Milli Aerokosmik Agentliyində keçdiyim təcrübə mənim üçün fərq yaradacaq

“QS Quacquarellı Symonds” Reytinq Agentliyi BDU-nun əməkdaşları üçün təlim keçirib

UNEC-in 41 tələbəsi “PAŞA Holdinq”in əlaçı təqaüdünü qazanıb

AZAL Bakı-Minsk-Bakı marşrutu üzrə ilk reysini yerinə yetirib

Tanınmış astronavtlar BDU-nun tələbə və gənc tədqiqatçıları ilə görüşəcəklər

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə direktor təyin olunub

Ukraynalı uşaqlar Qəbələ Uşaq Reabilitasiya Mərkəzində reabilitasiya xidmətlərinə cəlb olunublar

Uzun Həsən Bayandurun 600 illiyi münasibətilə elmi forum keçirilib

Qardaşını öldürməkdə təqsirləndirilən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Ermənilər tərəfindən məscidlərimizin təhqir edilməsi barədə növbəti faktlar üzə çıxıb

Tezliklə “Akıncı” pilotsuz uçuş aparatları Azərbaycana təhvil veriləcək

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor təyin olunub

Prezident Administrasiyasının şöbə müdiri Fərəh Əliyeva üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Zəfərimizə kölgə salan hər bir şəxsin aqibəti Ruben Vardanyan kimi olacaq – AÇIQLAMA

Sentyabrın 25-dən oktyabrın 1-dək Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmayıb

Ötən həftə Azərbaycanda COVID-19 infeksiyasına 380 yoluxma faktı qeydə alınıb

Kahramanmaraşın bələdiyyə sədri: Azərbaycan məhəlləsində inşa edilən mənzillər dördmərtəbəli olacaq

“Bayraktar Teknoloji Azərbaycan”da 20-yə qədər yerli mütəxəssis fəaliyyət göstərir

“Qarabağ”ın legioneri Liviya və Serbiya yığmaları ilə oyunlara dəvət alıb

AYNA növbəti elektron xidməti istifadəyə verib

MİDA-nın rəsmisi: Azərbaycanda 7 il ərzində 8463 ailə mənzillə təmin edilib

ABŞ-ın Puerto-Riko Dövlət Universitetinin professoru BDU-da elmi seminar keçirib

Bir sıra ölkələrdən heyvandarlıq məhsullarının idxalına məhdudiyyət qoyulub

® “Nar” metroda şəbəkəsini gücləndirir

Prezident İlham Əliyev Anqlikan Kilsəsinin dini rəhbərini qəbul edib YENİLƏNİB VİDEO

Oktyabrın 3-nə olan USD/AZN rəsmi məzənnəsi

Şəhidlərə həsr olunmuş daha iki kitabın təqdimatı keçirilib

BDU-nun şəhid məzunu Ceyhun Şalıyevin məzarı ziyarət olunub

Naxçıvanda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə sərgi təşkil edilib

Zaqatalada qumbaranın partlaması nəticəsində iki nəfərin ölməsi ilə bağlı cinayət işi başlanılıb

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin XI sessiyasının ilk iclası keçirilib

Emin Hüseynov: Azad edilmiş ərazilərimizdə sakinlərin məskunlaşması üçün çevik bərpa işləri aparılır

YARAT Müasir İncəsənət Mərkəzində Şəmistan Əlizamanlı ilə görüş təşkil olunub

İlon Mask Beynəlxalq Astronavtika Konqresində fərdi nominasiyada qalib elan olunub

Bəstəkarlar İttifaqında Ümummilli Liderin 100 illiyinə həsr olunmuş növbəti tədbir keçirilib

Bişkekdə Türk dünyasının görkəmli oğlu Heydər Əliyev haqqında kitab çap edilib

Sahibkarlarla növbəti görüş Salyan rayonunda keçiriləcək

“Gəncə” voleybol klubu argentinalı məşqçi ilə anlaşıb

Azərbaycan və Mərakeş parlamentləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

AzMİU tələbələri Türkiyənin Ege və Bursa Uludağ universitetlərində təhsil alacaqlar

Səyyar “ASAN xidmət” avtobusu Yevlaxda

Çin energetika sektoruna investisiyaların həcmini 13,7 trilyon dollara çatdıracaq

“Zaqatala AGRO İndustry” MMC-nin emal məntəqəsində indiyədək 251,5 ton quru tütün istehsal edilib

ADPU-da seminar: Heydər Əliyev - elm və təhsilin inkişafı

MN: Qarabağ bölgəsində 123 mina aşkar edilərək zərərsizləşdirilib VİDEO

Abşeronda baş verən qətl hadisəsi ilə bağlı cinayət işi açılıb

Milli Məclisin növbəti iclasının vaxtı müəyyənləşib

“Zəngəzur toponiminin qədim etnogenez tarixi” kitabının təqdimatı olub

Haysam Əl-Qays: OPEC xam neftə tələbatın artması məsələsində nikbindir

257 nömrəli məktəbdə məktəbəhazırlıq qrupları ilə əlaqədar tədbir keçirilib

Azərbaycanda kosmik sənayenin inkişafı dövlət gəlirlərinin artırılması baxımından vacibdir

“Polis haqqında” Qanuna hansı dəyişikliklər təklif edilib?

DSX: Sentyabr ayında sərhəd rejim qaydalarını pоzduqlarına görə 912 nəfər saxlanılıb

Peşə məktəblərində ödənişli oxuyan müharibə veteranlarının təhsil haqqı dövlət tərəfindən ödəniləcək

Yuval Noah Harari: Süni intellektdən daha təhlükəsiz şəkildə necə istifadə edəcəyimizi düşünməliyik

Bu il ölkəmizdə 25 hektar meşə ərazisi yanğından zərər görüb

Lənkəranda baş verən qəzada 5 nəfər xəsarət alıb

Azad edilmiş ərazilərdə ötən ay 909 partlamamış hərbi sursat aşkarlanıb

Əməkdar mədəniyyət işçisi Fərhad Babayev vəfat edib

Azərbaycan millisinin voleybolçusu Rumıniyada kubok qazanıb

Anqlikan Kilsəsinin dini rəhbəri Azərbaycanın dinə sekulyar yanaşmasını müsbət hal kimi dəyərləndirib

Fransada 35 dərəcə istilər gözlənilir

“Heydər Əliyev İli” çərçivəsində Masallıda seminar təşkil edilib

Bakı ilk dəfə Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edib

ADNSU-da tədrisin müasirləşdirilməsi ilə bağlı müzakirələr aparılıb

® “Final” çay markası ucqar kəndin şagirdlərini sevindirib

Şəkidə gələn ilin məhsulu üçün payızlıq dənlilərin səpininə başlanılıb

Selçuk Bayraktar “Bilim Bakı”da

Azərbaycan səfiri etimadnaməsinin surətini Türkmənistan XİN başçısına təqdim edib

Parlamentdə daha bir qanun layihəsi birinci oxunuşda təsdiqlənib

Qüdrətli öndərsiz bir millət heç nəyə nail ola bilməz

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının açıqlaması

BMT-nin Ermənistanın hesabatı ilə bağlı iclasında Qərbi Azərbaycan İcması da təmsil olunacaq