MƏDƏNİYYƏT


Cümhuriyyətin 100 illiyinə həsr olunmuş bədii yaradıcılıq müsabiqəsinə yekun vurulub

Bakı, 21 iyun, AZƏRTAC

İyunun 21-də İçərişəhərdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərmarka” şirkəti tərəfindən 5-14 yaş arasında uşaqlar və yeniyetmələr arasında keçirilmiş bədii yaradıcılıq müsabiqəsinin yekun sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, “Yaşa, mənim Azərbaycanım!” devizi altında keçirilmiş müsabiqənin əsas məqsədi uşaqların Vətənə məhəbbət və milli ənənələrə hörmət ruhunda tərbiyə olunması, onların yaradıcılıq potensialının aşkara çıxarılmasıdır. Təqdim olunan 200 rəsm əsərindən cəmi 93-ü sərginin ekspozisiyasına daxil edilib. Onların arasından seçilən 12 rəsm isə “Azərmarka” şirkəti tərəfindən poçt kartları şəklində nəşr olunub.

Müsabiqədə birinci yeri Mehin Süleymanzadə, ikinci yeri Fuad Anzurov, üçüncü yeri isə Zəhra Məmmədzadə tutublar. Ziya Əmiraslanov, İnci Babazadə, İnarə Quliyeva, Aida Ağayeva, Nəzrin Əliyeva, Məryəm Əkbərli, Əminə Hidayətli, Mədinə Hüseynzadə və İbrahim Məmmədov də fərqlənənlər arasındadırlar.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə qalibləri təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb. Nazir bu cür tədbirlərin vətənpərvər gəncliyin tərbiyəsində əhəmiyyətini vurğulayaraq deyib: “Mən, həmçinin belə gözəl və istedadlı övladlar böyüdən valideynlərə təşəkkür etmək istərdim. Əminəm ki, onların hamısını parlaq gələcək gözləyir”.

Sonda tədbirə gəlmiş qonaqlar sərginin ekspozisiyası ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.