Futbol üzrə Azərbaycan çempionatının XXIV turunun oyunlarının vaxtı müəyyənləşib
Bakı, 3 aprel, AZƏRTAC
Futbol üzrə Topaz Premyer Liqasının XXIV turunun oyunlarının vaxtı müəyyənləşib.
AZƏRTAC Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, XXIV turun oyunları iki günü əhatə edəcək.
Tura aprelin 13-də saat 16:00-da Zirə İdman Kompleksinin stadionunda oynanılacaq “Zirə”-“Sumqayıt” görüşü ilə start veriləcək. Həmin gün keçiriləcək “Qarabağ”-“Sabah” oyunu isə saat 18:30-da başlayacaq. Qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
İkinci günün ilk oyunu aprelin 14-də “ASK Arena”da baş tutacaq. Saat 15:00-da təşkil olunacaq oyunda “Keşlə” komandası “Qəbələ”ni qəbul edəcək. Tura “Bayıl Arena”da “Səbail” - “Neftçi” oyunu ilə yekun vurulacaq. Həmin görüş 18:00-da start götürəcək.
Turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:28]
UNEC voleybol klubunun yeni baş məşqçisi bəlli olub
- 11.06.2026 [15:58]
Azərbaycan Badminton Federasiyası Ruandaya idman ləvazimatları göndərib
- 11.06.2026 [15:48]
İTV: Dünya çempionatının bütün oyunları Azərbaycanda canlı yayımlanacaq
- 11.06.2026 [15:12]
Azərbaycan millisinin hücumçusu Madriddə əməliyyat olunub
- 11.06.2026 [15:05]
Neymar Braziliya millisinin dünya çempionatındakı ilk oyununu buraxa bilər
- 11.06.2026 [14:46]
Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir
- 11.06.2026 [14:04]