Masallıda 1390 hektar sahədə yay şumu çıxarılıb
Masallı, 21 avqust, Bağır Əliyev, AZƏRTAC
Taxıl yığımı başa çatdıqdan sonra Masallı rayonunun təsərrüfatlarında payızlıq səpini üçün yay şumunun çıxarılmasına başlanılıb. İndiyədək təsərrüfatlarda 1390 hektaradək sahədə yay şumu qaldırılıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Masallı Rayon Statistika İdarəsindən məlumat verilib.
Qurumdan bildirilib ki, bu il rayonda gələn ilin məhsulu üçün 12 min 500 hektaradək sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır.