DÜNYA


Odri Azule Beynəlxalq Qul Alveri Qurbanlarının Xatirə Günü münasibətilə ictimaiyyətə müraciət edib

Bakı, 22 avqust, AZƏRTAC

UNESCO-nun baş direktoru Odri Azule 23 avqust - Beynəlxalq Qul Alveri Qurbanlarının Xatirə və Bu Alverin Qadağan Edilməsi Günü münasibətilə ictimaiyyətə müraciət edib.

AZƏRTAC UNESCO-nun saytına istinadla xəbər verir ki, müraciətdə müvafiq tarixin 1791-ci il avqustun 23-də üsyan etmiş San-Dominqo və Haiti qullarının xatirəsinə həsr olunduğu bildirilir. Diqqətə çatdırılır ki, həmin üsyan qul alveri sisteminin ləğv edilməsinin başlanğıcını qoyub. 1998-ci ildən etibarən hər il qeyd edilən bu tarix qul alverinin nəticələri, onun öyrənilməsi və yadda saxlanılması barədə düşünməyə imkan yaradır. 2001-ci ildə beynəlxalq birlik insan alverini və köləliyi bəşəriyyətə qarşı cinayət kimi qəbul edib. Lakin bu cür hallar yerini və formasını dəyişərək özünü zaman-zaman göstərir. Köləliyin və qul alverinin yeni formalarının yaranma mexanizmini başa düşmək və ona qarşı səmərəli mübarizə aparmaq üçün bu kimi halların tarixini bilmək vacibdir.

Beynəlxalq Qul Alveri Qurbanlarının Xatirə və Bu Alverin Qadağan Edilməsi Günündə UNESCO dövlət orqanlarını, vətəndaş cəmiyyətlərini, tarixçiləri, tədqiqatçıları və adi vətəndaşları bəşəriyyətin ümumi tarixinin müvafiq dövrü haqqında informasiya yaymağa və müasir dövrdə köləliyin istənilən formasına qarşı mübarizə aparmağa çağırır.

Odri Azulenin müraciətinin tam mətnini UNESCO-nun saytından oxumaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.