Şəhriyar Məmmədyarov “Grand Chess Tour” mərhələsində ikinci yerdədir
Bakı, 13 avqust, AZƏRTAC
ABŞ qrossmeysteri Fabiano Karuana “Grand Chess Tour” seriyasının ABŞ-ın Sent-Luis şəhərində oynanılan üçüncü mərhələsində müvəffəqiyyətlə start götürüb.
AZƏRTAC xəbər verir ki, rapid üzrə keçirilən 6 turdan sonra dünya çempionu adına namizəd amerikalı şahmatçı aktivinə 12 mümkün xaldan (xalların ikiqat hesablanması) 9 xal yazdıraraq turnir cədvəlinə başçılıq edir. Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov və daha üç şahmatçı liderdən 2 xal geridədir.
“Grand Chess Tour”un üçüncü mərhələsində iştirakçıların mövqeyi belədir: Fabiano Karuana - 9 xal, Şəhriyar Məmmədyarov, fransız Maksim Vaşye-Laqrav, rusiyalı Sergey Karyakin, amerikalı Hikaru Nakamura hərəyə 7 xal, kubalı Lenyer Dominqes - 6 xal, erməni Levon Aronyan - 5, hindistanlı Vişvanatan Anand, rusiyalı Aleksandr Qrişşuk, amerikalı Uesli Co isə hərəyə 4 xal toplayıblar.
Bu gün son üç tur keçiriləcək.
Xatırladaq ki, “Grand Chess Tour 2018”in üçüncü mərhələsi sürətli şahmat və blits formatında aparılır.
Turnirin ümumi mükafat fondu 150 min dollar təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:56]
“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub
- 14.10.2026 [18:44]
“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]