Sərbəst güləşçilərimizin dünya çempionatında ilk rəqibləri müəyyənləşib
Bakı, 20 oktyabr, AZƏRTAC
Oktyabrın 20-də Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı start götürəcək.
AZƏRTAC xəbər verir ki, yarışın keçiriləcəyi “Laslo Papp” İdman Sarayında çempionatın ilk günündə 4 kateqoriyada mübarizə aparacaq sərbəst güləşçilərin püşkatma mərasimi keçirilib. 61, 74, 86 və 125 kiloqram çəki dərəcəsində çıxış edən pəhləvanların ilk rəqibləri müəyyənləşib.
Yığmamızın üzvlərindən ikisi təsnifat, ikisi isə 1/16 final mərhələsindən mübarizəyə başlayacaq. Təsnifat mərhələsində Pərviz İbrahimov (61 kq) kanadalı Skott Şiller, Cəmaləddin Məhəmmədov (125 kq) isə Almaniya təmsilçisi Nik Matyuxin ilə qarşılaşacaq.
Onaltıdabir final mərhələsindən mübarizəyə qoşulacaq güləşçilərimiz Abubakr Abakarov (74 kq) israilli Honak Raşamin, Murad Süleymanov isə Sudan güləşçisi Quma Bəşir ilə görüşdə gücünü sınayacaq.
Qeyd edək ki, oktyabrın 28-dək davam edəcək çempionatın görüşləri hər gün Bakı vaxtı ilə 12.30-da start götürəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:56]
“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub
- 14.10.2026 [18:44]
“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]