İDMAN


Şotokan karate-do üzrə Bakı şəhər çempionatı keçirilib

Bakı, 16 aprel, AZƏRTAC 

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə şotokan karate-do üzrə Bakı şəhər çempionatı keçirilib.

BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, yarışda 112 idmançı mübarizə aparıb. Yarışın nəticələrinə görə, 10-11 yaş qrupu üzrə İsmayıl Xamoyev, Ələddin Məlikov, Ayxan Ağamirzəli, Aqşin Qarayev, 12-13 yaş üzrə Amin Yadigarlı, Məhəmməd Xamoyev, Əli Hacıyev, Ceyhun Babacanov, 14-15 yaşda Vahid Hüseynov, Səid Kərimov, Azər Tapdıqlı, Hüseyn Əliyev, Səməd Abbaslı, 16-17 yaş üzrə Rəvan İsmayılzadə, Hüseyn Məmmədli, Abbas Dadaşov, Hüseyn Hüseynzadə, Fərid Şahbazlı fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Yarışda ilk üç yeri tutan idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.