DÜNYA
Stromboli adasında yeni güclü vulkan püskürmələri gözlənilir
Bakı, 21 avqust, AZƏRTAC
Stromboli adasında yeni güclü vulkan püskürmələri gözlənilir. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun mütəxəssisləri adada yeni təkanların olacağı barədə xəbərdarlıq ediblər.
İyulda Strombolidə püskürmə nəticəsində bir nəfər həlak olub, vulkanın təpəsindəki kraterlərdə orta və çox güclü partlayışlar qeydə alınıb.
Mütəxəssislərin sözlərinə görə, Stromboli vulkanı daim fəal olduğu üçün yeni püskürmələr istisna olunmur.
İyulun 3-də baş vermiş püskürmə vulkanın monitorinqinin başlandığı 1985-ci ildən etibarən ən güclü püskürmələrdən biri adlandırılıb.
Stromboli adası Siciliyadan şimalda yerləşən Lipar adaları qrupuna aiddir. Stromboli vulkanının üç fəal krateri var. Sonuncu güclü püskürmə 2019-cu ildə baş verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [15:03]
Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub
- 25.04.2024 [14:58]
UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır
- 25.04.2024 [14:42]
Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır
- 25.04.2024 [14:39]
Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb
- 25.04.2024 [14:32]
“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq
- 25.04.2024 [14:26]
ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib
- 25.04.2024 [13:20]
Bolqarıstan parlamenti spikeri istefaya göndərib
- 25.04.2024 [12:48]
Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb
- 25.04.2024 [12:34]