Türkiyə Süleyman şah türbəsini bərpa edəcək
Bakı, 5 iyul, AZƏRTAC
PYD/YPG terrorçuları Suriyanın Münbic bölgəsindən çıxarılandan sonra Süleyman şah türbəsi bərpa olunacaq.
AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, türbənin qorunmasına cavabdeh olan Urfa briqadası Münbiç və Karakozak bölgəsinin mühafizəsini də öz üzərinə götürüb. Briqada türbənin əvvəlki yerinə köçürülməsi üçün əmr gözləyir.
Qeyd edək ki, Süleyman Şah Türbəsi Suriyanın Hələb vilayətinin Karakozak kəndində yerləşir. Bura Türkiyənin öz hüdudlarından kənarda sahib olduğu yeganə ərazidir.
Xatırladaq ki, 2014-cü il martın 13-də Azad Suriya Ordusu ilə İŞİD terror qruplaşması arasındakı qarşıdurmalar nəticəsində Karakozak kəndi və türbənin olduğu bölgə İŞİD-in nəzarətinə keçib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [21:21]
İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb
- 14.10.2026 [21:20]
Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır
- 14.10.2026 [20:22]
Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı
- 14.10.2026 [20:20]
Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər
- 14.10.2026 [19:57]
“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur
- 14.10.2026 [18:55]