Türkiyədə meydana gələn sel fəlakətinin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir
Bartın, 13 avqust, AZƏRTAC
Türkiyənin Qaradəniz bölgəsində yağan güclü yağışlar səbəbindən meydana gələn sel fəlakətinin fəsadlarının aradan qaldırılması istiqamətində işlər aralıqsız davam etdirilir.
AZƏRTAC hadisə yerindən xəbər verir ki, qardaş ölkənin Qızıl Aypara Cəmiyyəti, Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD), axtarış-xilasetmə briqadaları başda olmaqla bütün imkanları bölgədə səfərbər edilib. Fəlakət baş verən ərazilərdə çox sayda ev və iş yeri dağılıb, və ya ciddi zərər görüb. Kastamonu vilayətinin Ayancık Dövlət Xəstəxanasının binası qəzalı vəziyyətə düşüb. Buradakı xəstələr bölgədəki digər tibb müəssisələrinə köçürülüblər. Zərər çəkən ərazilərdən əhali evakuasiya edilərək tələbə yataqxanalarına yerləşdirilib.
Fəlakət nəticəsində itkin düşənlərin axtarışları aralıqsız davam etdirilir.
Xatırladaq ki, indiyədək təbii fəlakət nəticəsində 38 nəfər həlak olub.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
Bartın
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.09.2026 [23:09]
Fransa borc bataqlığında: artan faizlər ölkənin maliyyə yükünü ağırlaşdırır
- 15.09.2026 [22:53]
Pentaqon: İranla müharibə ABŞ-yə 42 milyard dollara başa gəlib
- 15.09.2026 [19:10]
Skott Bessent: ABŞ artıq İran təhdidini idarə etmir, ona son qoyur
- 15.09.2026 [18:19]
Hörmüz boğazında 5 böyük neft çirklənməsi qeydə alınıb
- 15.09.2026 [18:00]