ELM VƏ TƏHSİL


“Vikipediya” Metodik Mərkəzinin könüllü tərcüməçiləri təltif olunublar

Bakı, 4 yanvar, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllü tərcüməçiləri xarici dillərdəki “Vikipediya”larda Azərbaycanın tarixi və incəsənəti ilə bağlı göstərdikləri uğurlu fəaliyyətə görə MEK-in rəhbərliyi tərəfindən təşəkkürnamə ilə təltif ediliblər.

MEK-dən AZƏRTAC-a bildiriblər ki, mərasimdə kitabxananın şöbə müdiri Elnur Eltürk, bölmə müdiri Günay Məmmədova, könüllü tərcüməçilərin əlaqələndiricisi Mərdan Orucoğlu çıxış edərək vikipediyaçıların fəaliyyətini yüksək dəyərləndiriblər. Qeyd edilib ki, indiyədək könüllü vikipediyaçılar tərəfindən ümumilikdə 500-dək məqalə tərcümə olunub. Məqalələrin çoxu Azərbaycanın Milli qəhrəmanları və şəhidləri, digərləri isə müxtəlif sahələrdə fəaliyyət göstərən tanınmış şəxslər, elm xadimləri, siyasətçilər, rayonlar, kəndlər və abidələrimiz haqqındadır.

Məqalələrin elektron ensiklopediyada yerləşdirilməsində “Vikipediya” idarəçisi Araz Yaquboğlu yaxından iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.