MƏDƏNİYYƏT
''Azərbaycan kəlağayılarının təbliği'' layihəsi başa çatıb
Bakı, 30 avqust, AZƏRTAC
"Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin icra etdiyi ''Azərbaycan kəlağayılarının təbliği'' layihəsinin icrası yekunlaşıb.
İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində Şamaxı rayon Mədəniyyət Mərkəzində tədbir keçirilib.
Tədbirdə ''Kəlağayı Ev Muzeyi''nin 200 qədimi kəlağayıları, əl işləri, qədimi tikmələr sərgilənib, kəlağayıdan bəhs edən şeirlər səsləndirilib, saz havaları üstündə mahnılar oxunub.
İctimai Birliyin sədri Güllü Eldar Tomarlı bildirib ki, layihənin məqsədi xalqımızın milli-mənəvi dəyərlər sistemində özünəməxsus yer tutan kəlağayının təbliğidir.
Layihə çərçivəsində analoji tədbirlər Gəncə, Qazax, Şəki və Bakıda da keçirilib.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2024 [14:39]
“Naz-Nazı” muğam qrupu Gəncə Dövlət Filarmoniyasında çıxış edəcək
- 09.09.2024 [13:48]
Beynəlxalq Muğam Mərkəzində İnarə Babayevanın solo konserti olacaq
- 09.09.2024 [12:42]
Dövlət Tərcümə Mərkəzi seçim turlarını davam etdirir
- 09.09.2024 [12:21]
Bu gün Xalq artisti Habil Əliyevin anım günüdür
- 09.09.2024 [11:42]
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
- 08.09.2024 [00:53]
Azərbaycan Haaqada 12-ci “Səfirliklər Festivalı”nda təmsil olunub
- 07.09.2024 [23:56]
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
- 07.09.2024 [20:16]