® "AZERCELL CUP 2025" müsabiqəsinə qeydiyyat davam edir!
“Azercell” gənc istedadları informatika və proqramlaşdırma sahəsində öz bacarıqlarını sınamağa çağırır
“Azercell”, Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə əməkdaşlığı çərçivəsində təşkil olunan növbəti “AZERCELL CUP 2025” müsabiqəsinə qeydiyyat davam edir.
İnformatika və proqramlaşdırma sahəsinə maraq göstərən 6-7-ci sinif şagirdləri müsabiqəyə qoşula bilərlər. Seçim mərhələsindən uğurla keçən iştirakçılar üçün bu sahədə bilik və bacarıqların inkişaf etdirilməsinə yönəlmiş xüsusi təlimlər təşkil olunacaq. Təlimlərdə fərqlənən məktəblilər gələcəkdə informatika fənni üzrə milli komandanın üzvü olmaq və ölkəmizi beynəlxalq yarışlarda təmsil etmək imkanı da əldə edəcəklər.
Müsabiqədə iştirak etmək istəyənlər aprelin 4-dək https://azercellcup.org saytında qeydiyyatdan keçməlidirlər. Qeydiyyatı tamamlamış namizədlər sınaq imtahanına dəvət olunacaq. Müsabiqənin ilk turu isə aprelin 5-də onlayn formatda keçiriləcək.
Qeyd edək ki, “Azercell” 2017-ci ildən etibarən informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesini dəstəkləyir. Bu müddət ərzində bölgə və paytaxt məktəblərinin şagirdləri müxtəlif yaş qrupları üzrə beynəlxalq proqramlaşdırma müsabiqələrində ümumilikdə 90 medal qazanıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [11:31]
Nərimanov rayonunda obyektdə yanğın başlayıb
- 11.06.2026 [11:29]
Evdən 70 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb VİDEO
- 11.06.2026 [11:24]
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 78 nəfər saxlanılıb
- 11.06.2026 [11:21]
Beş tondan artıq narkotik vasitə məhv edilib
- 11.06.2026 [10:54]
Bu ilin may ayında yaşa görə aylıq sosial müavinət alanların sayı açıqlanıb
- 11.06.2026 [10:43]
Ermənistanda zəlzələ baş verib, Naxçıvanda hiss olunub
- 11.06.2026 [10:33]
Suraxanıda Qərbi Azərbaycanın tarixi həqiqətlərindən danışılıb
- 11.06.2026 [10:19]
Abuzər Xələfov 95: Qərbi Azərbaycan İcmasında görkəmli alim yad edilib
Teatr sənətinin vurğunu
- [11:14]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]