Azərbaycan Dövlət İnformasiya Agentliyi

® ABB bu il rekord məbləğdə - 200 milyon manat dividend ödəyəcək

®  ABB bu il rekord məbləğdə - 200 milyon manat dividend ödəyəcək

Bu ilin yeddi mayında ABB Səhmdarlarının ümumi yığıncağı keçiriləcək. Artıq bununla bağlı bildiriş yayılıb. Yığıncağın gündəliyindəki aktual məsələlərdən biri də səhmdarlara 2024-cü ilin mənfəətindən dividend ödənişi ilə bağlıdır. Bank ötən il uğurla həyata keçirilmiş səhm emissiyasından sonra bu il ilk dəfə olaraq kütləvi sayda, yəni 30 mindən çox səhmdarı ilə öz qazancını bölüşəcək.

Bununla bağlı və digər suallarımızı ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimova ünvanladıq…

- Abbas müəllim, ABB 2024-cü ilin mənfəətindən səhmdarlarına nə qədər dividend ödəyəcək?

- Bu günlərdə beynəlxalq mühasibat standartlarına əsaslanan maliyyə hesabatımıza kənar auditor rəyi verildi. ABB maliyyə qrupu ili 360 milyon manat məbləğində xalis mənfəətlə başa vurub. Bu nəticələr səhmdarlarımıza hər il olduğu kimi yüksək dividend ödəməyimizə imkan yaradır. Bank menecmenti olaraq biz səhmdarlarımıza 200 milyon manat dividend ödənilməsini təklif etmişik. Yeddi ildir, səhmdarlarımıza ardıcıl şəkildə yüksək dividendlər ödəyirik. Bu il nəzərdə tutulan 200 milyon manatlıq məbləğ isə son yeddi ilin rekord dividend məbləğidir.

Mayın 7-də səhmdarların ümumi yığıncağında bununla bağlı müsbət qərar qəbul edilərsə, ABB-nin hər bir səhminin illik gəlirlilik səviyyəsi nominal qiymətlə 15,6 faiz olacaq. Bu il ilk dəfə olaraq gəlirlərimizi onminlərlə Azərbaycan vətəndaşı ilə bölüşmək komandamız üçün böyük qürurdur. ABB-nin sağlam, mənfəətli, dayanıqlı fəaliyyəti yüzminlərlə insanın həyatına müsbət toxunuş edəcək.

- ABB səhmdarları dividend qazanclarını nə zaman əldə edəcəklər?

- Səhmdarların ümumi yığıncağının müvafiq qərarından sonra qanunvericiliyə uyğun şəkildə ödəniş prosedurlarına başlayacağıq. Dividend gəlirləri səhmdarlarımızın hesablarına köçürüləcək. Düşünürəm ki, səhmdarların ümumi yığıncağından sonra növbəti bir ay ərzində, yəni, təxminən bu ilin iyununa qədər hər bir səhmdarımız dividend qazancını əldə edə biləcək.

- Son günlər ABB səhmlərinin alqı-satqısında müəyyən canlanma var, səhm qiymətləri də bahalaşır. Bu, nə ilə bağlıdır?

- Bəli, son aylar ABB səhmlərinə tələb artmaqdadır. Səhmlərin qiymətində də yüksəlmə var. Bankımızın səhmlərinə marağın artması, çox güman, ABB-nin uğurlu maliyyə göstəriciləri, banka inamın daha da artması, habelə investorların dividend gözləntisi ilə bağlıdır. Məlumat üçün bildirim ki, 7 may tarixinə qədər ABB səhmi əldə etmiş və aldığı səhmlər həmin tarixədək Milli Depozit Mərkəzinin reyestrinə düşmüş hər bir səhmdarımıza 2024-cü ilin mənfəətindən malik olduğu səhm sayına uyğun dividend ödəniləcək.

- Hazırda əhalinin manatla investisiya alətlərinə və depozitlərə marağı necədir?

- 2024-cü ilin əvvəlindən ABB-də fiziki şəxslərin depozitlərinin həcmi 34 faiz və ya 665 milyon manatdan çox artıb ki, bu artımın da 75 faizini və ya 495 milyon manatdan çox hissəsini milli valyutada olan depozitlər təşkil edir. Dövr ərzində fiziki şəxslərin manatda olan müddətli əmanətlərinin həcmi 89 faiz artaraq 900 milyon manatı ötüb.

Ölkəmizin bank sektorunda isə son 3 ildə manatla depozitlərin həcmində 67 faiz artım var, manatla əmanətlərimizin həcmi artıq 10 milyard manata yaxınlaşır. Bu dövrdə xarici valyutada fiziki şəxslərin əmanətlərinin ümumi portfeldə payı 39,8 faizdən 34 faizə qədər azalıb. Bu da onu göstərir ki, əhalinin milli valyutaya inamı getdikcə güclənməkdədir.

- Bu inam əsaslıdırmı? Çünki ara-sıra xarici valyutaya tələbin artması da müşahidə edilir.

- Ümumən deyərdim ki, son illərdə ölkəmizdə valyuta bazarındakı situasiya sabitdir. Düzgün qeyd edirsiniz ki, bəzi dövrlərdə tələbin artımı müşahidə edilir, amma tələb artımı iqtisadi amillərdən kənar səbəblərə görə olduğundan müvəqqəti xarakter daşıyır. Bəzən iri layihələrin maliyyələşdirilməsi, bəzən də əsassız şayiələr tələbata qısamüddətli təsir göstərir. Bütövlükdə isə xarici valyutaya tələbin artması fundamental amillərlə bağlı olmadığı üçün dayanıqlı deyil.

Ölkəmizin valyuta ehtiyatları dayanıqlı şəkildə artır. 2024-cü ilin sonuna strateji valyuta ehtiyatlarımızın həcmi təqribən illik ÜDM-ə bərabər olub. Yalnız son 3 il ərzində Azərbaycanın valyuta ehtiyatları 33,4 faiz və ya 17,8 milyard dollar artıb. Mövcud ehtiyatlar ölkəmizi gözlənilməz xarici və daxili şoklardan qoruyan təhlükəsizlik yastığı rolunu oynayır. Düşünürəm ki, vətəndaşlarımız manatda həm səhm, istiqraz kimi alətlərə investisiya edə bilərlər, həm də banklarda manatla depozit yerləşdirib yüksək qazanc imkanından faydalana bilərlər.

- ABB gələcəkdə dividend siyasətini necə davam etdirməyi planlaşdırır? Səhmdarları nə gözləyir?

- ABB olaraq hədəfimiz uzunmüddətli perspektivdə səhmdarlarımızla qazancımızı bölüşməyə davam etməkdir. Bu baxımdan, mənfəətimizin bir hissəsi hər il dividend ödənişlərinə yönələcək. Əlbəttə, bankın hər zaman sağlam və dayanıqlı maliyyə durumunda olması, strateji inkişaf planlarını həyata keçirə bilməsi üçün adekvat kapitallaşma səviyyəsinin qorunması çox önəmlidir. Biz innovativ və rəqabətqabiliyyətli biznes modelimizlə, səmərəli fəaliyyətimizlə, riskləri optimallaşdıraraq, mənfəətliliyi daim artırmaqla səhmdarlarımızın stabil gəlir əldə etməsini təmin etməyi hədəfləyirik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub