Azərbaycan Dövlət İnformasiya Agentliyi

® ABB yaşıl dünya təşəbbüslərinə dəstək olaraq BMT-nin Qlobal Sazişinə qoşulub

®  ABB yaşıl dünya təşəbbüslərinə dəstək olaraq BMT-nin Qlobal Sazişinə qoşulub

ABB dayanıqlılıq sahəsində təşəbbüslərinin davamı olaraq BMT-nin Qlobal Sazişinə qoşulub. Bu saziş biznesin sosial məsuliyyətinin təşviq edilməsi və onun dayanıqlı inkişaf prinsiplərinə uyğunluğunu stimullaşdırır. BMT-nin Qlobal Sazişinə üzv olması Bankın Dayanıqlı İnkişaf Məqsədləri (SDG), eləcə də, ekoloji, sosial və korporativ idarəetmə sahələrinin (ESG) təşviqini əhatə edir. Beləliklə, ABB Qlobal Sazişin 10 prinsipinə əməl edəcəyini bəyan etmiş olur.

Xatırladaq ki, ötən il ABB 2022-ci il üzrə beynəlxalq standartlara uyğun hazırlanmış Dayanıqlı İnkişaf Hesabatını da təqdim edib və dayanıqlılıq istiqamətində fəaliyyətini ictimaiyyətlə paylaşıb.

Karbon emissiyasını, kağız, elektrik enerjisi və yanacaq istehlakını azaldıb

2023-cü ildə də ABB yaşıl bankçılıq istiqamətində əhəmiyyətli nəticələr əldə edib. Ötən il müştəri və işçi sayının artmasına baxmayaraq, bankdaxili fəaliyyət nəticəsində ABB ətraf mühitə emissiya olunan karbon qazının həcmini (“Scope 1 & 2”) 5 faiz azaldıb. Beləliklə, ABB karbon emissiyasının həcmini 2023-cü ildə əvvəlki illə müqayisədə hər işçi üzrə 16 faiz azaltmağa nail olub. Eləcə də 2023-cü ildə ABB bir müştəri üzrə kağız istehlakını 2022-ci illə müqayisədə 28 faiz azaltmağa nail olub. Həmçinin bankın bir əməkdaşı üzrə elektrik enerjisi və yanacaq istehlakında da ötən illə müqayisədə müvafiq olaraq 10 faiz və 16 faiz azalma qeydə alınıb.

ABB ətraf mühitlə bağlı layihələrini də uğurla davam etdirib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də “Visa” şirkəti ilə əməkdaşlıq əsasında ölkəmizin ilk ekoloji bank kartı olan “TamEco”nu bazara təqdim edib. Bu layihə üzrə ölkə ərazisində 36 min ağac əkilib.

2023-cü ildə ABB dayanıqlı bankçılığa xidmət edən texnoloji innovasiyaları da geniş tətbiq edib. “TamDigi” kartının təqdimatı ilə fiziki karta tələb azaldılıb. Rəqəmsal kredit və əmanət məhsullarının təklif olunması ilə fiziki sənəd dövriyyəsinin azaldılmasına zəmin yaradılıb. Qısa müddət ərzində 100 mindən çox kart plastik və kağız istifadəsi olmadan təqdim edilib. Eləcə də 200 mindən artıq kredit və 1000-dən çox əmanət müraciəti kağız istifadəsi olmadan tam rəqəmsal formada icra olunub.

BMT-nin dayanıqlı inkişaf məqsədlərinə uyğun olaraq gender bərabərliyini qoruyur

ABB gender bərabərliyinin qorunmasına və qadınların karyera inkişafına da xüsusi diqqət ayırır. Son illər ərzində bankda işə götürülən qadın işçilərin sayında əhəmiyyətli artım tendensiyası qeydə alınıb. Nəticədə 2023-cü ildə ABB-də qadın əməkdaşların sayı əvvəlki illə müqayisədə 15 faiz artaraq 1437 nəfərə çatıb. Rəhbər vəzifələrdə çalışan qadınların sayı isə 33 faiz artımla 108 nəfər təşkil edib.

KSM layihələri ilə dayanıqlı inkişafa töhfə verir

ABB ölkəmizdə təhsilin, idmanın, mədəniyyətin inkişafına dəstək layihələrini də davam etdirməkdədir. 2023-cü ildə “ABB Tech Akademiyası”nın təşkilatçılığı ilə akademiyanın tələbə və məzunları üçün "Karyera Həftəsi" keçirilib. Bankın müxtəlif ali təhsil müəssisələri ilə tərəfdaşlığı əsasında ayrı-ayrı universitetlərdə də karyera günləri təşkil olunub. İndiyə qədər “ABB Tech Akademiyası”nın 30-dan artıq proqramından 603 nəfər məzun olub. 35 faizi ABB-də olmaqla məzunların ümumən 82 faizi 130-dan artıq yerli və xarici şirkətdə işə qəbul edilib.

ABB tələbələr arasında “TamGənc Basketbol Liqası”na, “Təhsilin İnkişafı Forumu”na, DOST Agentliyinin Azərbaycan Banklar Assosiasiyası ilə birgə BDU-da fiziki məhdudiyyətli gənclər üçün təşkil etdiyi “Sərhədsiz istedadlar” sərgi-yarmarkasına da dəstək verib. Bank, həmçinin riyaziyyat sahəsində xüsusi istedada malik gənclər üçün Yay Riyaziyyat Düşərgəsi təşkil edib.

ABB-nin gələcək inkişaf strategiyasında da dayanıqlılıq mövzusu əsas istiqamətlərdən biri kimi nəzərdə tutulub. Bank bu il Azərbaycanın ev sahibliyi edəcəyi, dayanıqlılıq və iqlim dəyişikliyi üzrə qlobal nüfuzlu tədbir olan COP29-da iştirak perspektivlərini də nəzərdən keçirir.

Gələcək planlarının tərkib hissəsi kimi, ABB artıq BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) maliyyə mexanizmi Yaşıl İqlim Fondu (“Green Climate Fund”) ilə akkreditasiya prosesinə başlayıb. Bu Fondla əməkdaşlıq əsasında yerli bizneslərin dayanıqlı inkişaf istiqamətində təşəbbüslərini maliyyələşdirməyi nəzərdə tutur.

ABB yaxın dövrdə karbon kreditlər, dayanıqlı istiqrazlar və kreditlər kimi yaşıl bankçılıq və dayanıqlı maliyyələşmə ilə bağlı bir çox sahələrdə müştərilərə müxtəlif yeniliklərin təklif edilməsi üçün araşdırmalarını davam etdirir. Həmçinin kağız və digər təbii resurslardan istifadəyə qənaət məqsədilə müxtəlif yeni rəqəmsal və fiziki həllərin tətbiqini hədəfləyən layihələrin icrasını planlaşdırır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sabah hava əsasən yağmursuz keçəcək

İxracdan regional oyunçuluğa: Azərbaycan şirkətləri üçün yeni böyümə marşrutu - RƏY

“Barselona” tarixi rekordu təkrarlayıb

Özbəkistanlı mühəndis-energetiklər “Azərişıq”da təlimlərə başlayıblar

Nazir müavini: İşğaldan azad edilmiş ərazilərdə gənclərin inteqrasiyasına xüsusi diqqət yetirilir

“Azəriqaz” 9 ayda “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərində 52 mindən çox xidmət göstərib

Şəki Regional Elmi Mərkəzində YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr nəzərdən keçirilib

Deputat: Dövlət əhaliyə tək insan resursu kimi deyil, insan kapitalı kimi baxır

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Xankəndiyə səfər edib

Anar Axundov: Azərbaycan etibarlı tərəfdaş kimi beynəlxalq xarakterli investisiya layihələrini uğurla həyata keçirir

Azərbaycan minifutbol millisi U-23 dünya çempionatında ilk məğlubiyyətini alıb

“Barselona”nın baş məşqçisi İstanbulda kuryoz hadisə ilə üzləşib

Yaponiyada fövqəladə məlumatlandırma xidmətləri dayandırılıb

Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edib

Mərkəzi Bankın nümayəndə heyəti Dünya Bankı və Valyuta Fondunun toplantılarında iştirak edir

Fransada 65 il əvvəl əlcəzairli nümayişçilərin qətlə yetirilməsinin “dövlət cinayəti” kimi tanınması tələb olunur

Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələ oyunları üçün heyəti açıqlanıb

Misir Dünya Bankı ilə əməkdaşlığı genişləndirmək niyyətindədir

lll Milli Rəqabət Forumunda birgə əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb

Qarabağ Dirçəliş Fondu “Rebuild Garabagh - 2026” sərgisində iştirak edir

Çempionlar Liqası oyunundan sonra Bakı Olimpiya Stadionunun ot örtüyü qənaətbəxş qiymətləndirilib

İslam Əməkdaşlıq Təşkilatının Bağdad sessiyasında 53 ölkə iştirakını təsdiqləyib

Dünyanın ən qədim gəmilərindən birinin qalıqları Antalyada aşkarlanıb

Dünyəvi təhsil və milli dəyərlər: məktəbin əsas missiyası

Azərbaycan Beynəlxalq İnşaat Sərgisində İtaliyanın milli pavilyonu açılıb

Belarus parlamentinin nümayəndə heyəti Gəncənin tarixi məkanlarını ziyarət edib

Laos Prezidenti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub

Donald Tramp: Qrenlandiyamızda genişmiqyaslı neft və mineral kəşfiyyatı başlayır

Nazir müavini: Laosda fəaliyyət göstərən şirkətlər Azərbaycanın azad iqtisadi zonalarında müəssisə qura bilər

Yaponiya dəniz canlılarının qanunsuz ovlanmasına qarşı süni intellektli dronlardan istifadə edəcək

Laos Prezidenti: "ASAN xidmət"in fəaliyyətini yüksək qiymətləndirirəm

Türkiyə F-35 qırıcıları ilə bağlı ABŞ-nin cavabını gözləyir

Azərbaycan Türk dünyasının siyasi koordinasiyasını təmin edən əsas aktorlardan biridir -Ekspert rəyi

Nazir müavini: Ölkəmizdə həyata keçirilən islahatlar özəl sektorun genişlənməsi üçün mühüm imkanlar yaradıb

Laosun sənaye və ticarət nazirinin müavini: Azərbaycan Cənub-Şərqi Asiya bazarlarına çıxış əldə edə bilər

Agentlik sədri: lll Mili Rəqabət Forumu əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platformadır

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabr ayının pensiyaları ödənilib

Zelenski Ukraynanın energetika sisteminə Rusiyanın hücumuna münasibət bildirib

Elnur Bağırov: Bazar iştirakçılarının fəaliyyətinə təsir edən amillərin araşdırılması rəqabət mühitinin təhlilinin tərkib hissəsidir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 14 oktyabr

Bakıda 90 küçə və prospektdə təmir işləri başa çatıb

® “Unibank” üçüncü rübün maliyyə nəticələrini açıqladı

Elnur Əliyev: Azərbaycan Biznesinin İnkişafı Fondu 4300-ə yaxın layihəni maliyyələşdirib

4SİM-in dəstəyi ilə Mühəndislik Universitetində “Təhsil üçün “Apple” Səlahiyyətli Təlim Mərkəzi” açılıb

Atakan Varol: AICT2026 konfransında çıxış etmək karyeram üçün böyük əhəmiyyət kəsb edir

Azərbaycanda 528 sahibkarlıq subyektinə 633 investisiya təşviqi sənədi verilib

Xalq artisti: Vahid məktəbli forması sosial bərabərlik baxımından əhəmiyyətlidir

® “Expressbank”ın xalis mənfəəti 65 faiz, depozit portfeli isə 19,5 faiz artıb

Rusiyada bir nəfərin ölümü ilə nəticələnən kütləvi dron hücumu dəf edilib

Ağdaşda xurma bağlarını sığortalamaq neçəyə başa gəlir? – Şərtlər, məbləğlər

Bakıdan Laosa uzanan yeni tərəfdaşlığın perspektivləri - ŞƏRH

İcraçı vitse-prezident: İşgüzar Şuranın yaradılması hər iki ölkənin iş adamlarına köməklik göstərər

® “Expressbank” “Banking Excellence Award” mükafatına layiq görülüb

Çin və Şimali Koreya arasında on iki il əvvəl tikilən körpü açılır

Budəfəki hərracda 155 nəqliyyat vasitəsi satılıb

Dövlətxan Dövlətxanov: Xəzər İnşaat Həftəsi yerli və xarici tərəfdaşlar üçün mühüm əməkdaşlıq platformasıdır VİDEO

Dövlətxan Dövlətxanov: Xəzər İnşaat Həftəsi yerli və xarici tərəfdaşlar üçün mühüm əməkdaşlıq platformasıdır VİDEO

Fransada 2027-ci il büdcəsinin müzakirələri başlayıb: sosialistlərin təklifi qəbul edilməyib

BMT: Dünyada yoxsul insanların sayı 1,2 milyarda çatıb

Çempionlar Liqası: “Sabah” ən intizamlı komandalar, Pokatilov ən yaxşı qapıçılar arasında ikincidir

Yanvar-sentyabr aylarında əlilliyi olan 11 min şəxsə 490 min reabilitasiya vasitəsi verilib

Səfir: İtaliya şirkətləri Azərbaycanla tikinti və infrastruktur sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Doqquz Azərbaycan vətəndaşı Qazaxıstanda təhsil alacaq

Pərviz Şahbazov: Bərpaolunan enerji layihələrinin reallaşdırılmasında rəqabətli seçim mexanizmlərinə xüsusi önəm verilib

Nazir: Rəqabət prinsiplərinin tətbiqində energetika sektorunun xüsusiyyətlərini nəzərə almaq vacibdir

BVF: İnkişaf etmiş ölkələrdə COVID-19-dan bəri ən böyük büdcə kəsirləri yarana bilər

Buxara Dövlət Universitetində “Yusif Qarabaği adına Azərbaycanşünaslıq Mərkəzi” açılıb

TADEF: “Bir millət, iki dövlət” sadəcə şüar deyil

Elbay Qasımzadə: Azərbaycanda şəhərsalma sahəsində mühüm tədbirlər həyata keçirilir VİDEO

Elbay Qasımzadə: Azərbaycanda şəhərsalma sahəsində mühüm tədbirlər həyata keçirilir VİDEO

Azərbaycan Prezidenti: Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir

Prezident: İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır

Bakıda Azərbaycan-Laos investisiya və biznes-forumu keçirilir

Şəkidə Xaqani Şirvaninin 900 illiyinə həsr olunan tədbir – “Əsrlərdən gələn səs”

NASA-nın “Perseverance” Mars roveri başqa planetdə qət edilən ən uzun məsafə rekordu qırıb

Azərbaycan Prezidenti: Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir

Azərbaycan–Laos münasibətləri: yeni əməkdaşlıq imkanları və perspektivlər

Cənubi Koreyada kimya zavodunda baş verən yanğın nəticəsində 7 min nəfər təxliyə edilib

Prezident: Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib

Baş məşqçi: U-15 dünya çempionatına tam hazır olduğumuzu inamla deyə bilərəm - MÜSAHİBƏ

Rəhman Hacıyev: Qarabağda iqtisadi marağın artırılması regionun gələcək inkişafına töhfə verəcək

Çin ilə Şimali Koreya arasında yeni körpü açılacaq

Erol Qelenbe: Hər bir texnologiya cəmiyyətə təsir etdikcə müxtəlif əlavə təsirləri meydana çıxır

Fransada nüvə energetikası sektorundakı bir sıra şirkətlərdə korrupsiya şübhələri ilə bağlı axtarış aparılıb

Elnur Bağırov: Sağlam rəqabət bazarlarda resursların səmərəli bölüşdürülməsinə və investisiyaların təşviqinə şərait yaradır

Abzetdin Adamov: AICT konfransına 20 il ərzində 70-ə yaxın ölkədən 1500-dən çox məqalə qəbul edilib

14 Oktyabr – Ümumdünya Standartlaşdırma Günüdür

UNEC-də Özbəkistan vətəndaşları üçün ikili diplom proqramına başlanılıb

Avropa Kuboku: “Neftçi” Latviya klubuna qarşı

Maja Qrbiç: AICT konfransı İKT sahəsində mühüm müzakirə platformasıdır

Almaniyada intiharların sayı artır

Məktəb dini və siyasi qarşıdurmaların deyil, bilik və tərbiyənin məkanı olmalıdır ŞƏRH

Bəşir Hacıyev: Qarabağda şəhərsalma və infrastruktur sahələrində müasir yanaşmalar tətbiq edilir VİDEO

Bəşir Hacıyev: Qarabağda şəhərsalma və infrastruktur sahələrində müasir yanaşmalar tətbiq edilir VİDEO

Ötən gün 73 cinayətin açılması təmin olunub

Media və Yayım Şurası: Azərbaycana qarşı İran və Türkiyədən koordinasiyalı informasiya hücumlarını qətiyyətlə pisləyirik

6-cı Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Garabagh” sərgisinin iştirakçılarına

BMT: Qlobal əmək bazarına daxil olacaq 800 milyona yaxın gənc işsiz qala bilər

Azərbaycan avrokuboklarda yeni rekorda imza atıb

Azərbaycanda yaşıl enerji istehsalı 4 milyard kilovat-saatı ötüb

Məsim Məmmədov: Bu il ölkəmizdə şəhərsalma və memarlıq sahəsində mühüm hadisələrlə yadda qalır VİDEO

Məsim Məmmədov: Bu il ölkəmizdə şəhərsalma və memarlıq sahəsində mühüm hadisələrlə yadda qalır VİDEO

Rasim Əliquliyev: AICT konfransı beynəlxalq elmi tədbirlər arasında xüsusi yer tutur