® “Azercell”in Mobil Göz klinikası şəhid ailələri, məcburi köçkün və qaçqınları müalicə edəcək
Fəaliyyət dövrü ərzində daim sosialyönümlü addımlar ataraq Azərbaycan xalqının yanında olan “Azercell Telekom” MMC 8 oktyabr - Ümumdünya Görmə Günü münasibətilə növbəti xeyirxah təşəbbüsü həyata keçirir. Lider mobil operator vətənimizin ərazi bütövlüyü uğrunda mübarizə apardığı bu həssas zamanda torpaqlarımızın müdafiəsində dayanıb, canından keçmiş igid şəhidlərimizin ailələri, sərhədlərimizi qoruyan cəsur Qarabağ müharibəsi iştirakçıları və qazilərimiz, eləcə də illərdir öz daimi yaşayış yerlərindən məhrum olub, qaçqın və məcburi köçkün statusunda yaşayan vətəndaşlarımız üçün ödənişsiz göz müayinələri və müalicələri təşkil edir.
Müayinələr bu gün saat 9:00-dan 14:00-dək Masazır qəsəbəsi, N.Tusi küçəsi, 6 ünvanında “Azercell”in ən müasir oftalmoloji avadanlıqlarla təchiz olunmuş “Mobil Göz Klinikası” və “Xəzər Qayğıkeşlik Layihəsi” İctimai Birliyinin klinikasında həyata keçirilir. Layihə çərçivəsində göz xəstəliklərinin diaqnostikası, profilaktikası və müalicəsi kimi xidmətlər ödənişsiz əsaslarla göstərilir. Ehtiyac yarandığı təqdirdə müraciət edənlərə optik eynəklər də paylanılır.
Qeyd edək ki, xidmətlərdən yararlanmaq üçün vətəndaşlardan müvafiq kateqoriyaya aid olmalarını təsdiq edən sənədi göstərmək xahiş olunur. Müayinələr zamanı koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində təsdiq edilmiş bütün tələblərə riayət edilir.
“Azercell Telekom” MMC torpaqlarımızın keşiyində cəsurca duran hər bir hərbçimizə, onların ailələrinə dərin təşəkkürünü bildirir.
2010-cu ildən fəaliyyətə başlayan “Azercell”in Mobil Diş və 2011-dən çalışan Mobil Göz klinikaları bu günə qədər minlərlə xüsusi qayğıya ehtiyacı olan vətəndaşı, kimsəsiz uşaqları və aztəminatlı ailələri müalicə edib.
Xatırladaq ki, bu gün dünyada 2,2 milyarddan çox insan görmə qüsurlarından və ya korluqdan əziyyət çəkir ki, onlardan 1 milyardı məhz ilkin səhiyyə xidmətlərindən yararlanmadıqları üçün bu problemlə üzləşib.
Daha ətraflı məlumat üçün “n[email protected]” ünvanına müraciət edə bilərsiniz.
Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergiödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi “Azercell”i seçir. Bazar payı 49 faiz; ölkə ərazisi üzrə əhatə dairəsi 99,2 faiz (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi 99,8 faiz təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, “Azercell Ekspres” ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “ASAN imza” və sair. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. “Azercell”in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell”in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “Investors In People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir. “Azercell” nüfuzlu “STEVIE 2020” müsabiqəsində yüzlərlə təşkilat arasında “İlin telekommunikasiya şirkəti” adını qazanıb, bu nominasiya üzrə ən yüksək pillədə qərarlaşaraq qızıl mükafatı əldə edib.