İQTİSADİYYAT
® “BirKart” sahibləri ölkə üzrə olan “Mall”larda daha çox qazanacaqlar
Bildiyiniz kimi, ölkə ərazisində xüsusi karantin rejiminin tədricən yumşaldılması nəticəsində iri ticarət mərkəzilərinin və “Mall”ların fəaliyyəti uzun sürən fasilədən sonra qismən bərpa edilib. Bu münasibətlə ölkənin ən məşhur taksit kartı olan “BirKart” sahibləri alış-veriş zamanı bir sıra üstünlüklərdən bəhrələnə biləcəklər.
Belə ki, iyulun 31-dək “BirKart” sahibləri Bakı şəhərində olan “Nargiz Mall”, “Port Baku Mall”, “28 Mall”, “Ganjlik Mall”, “Metropark”, “Deniz Mall”, “Park Bulvar AVM”, “Nizami Mall”, Gəncədəki “Gəncə Mall”, “Tağıyev Mall”, “Xəmsə Mall” və Naxçıvanda fəaliyyət göstərən “Cahan AVM”də olan partnyor mağazalarda taksitlə alış-veriş etdikdə 5 faiz keşbek, 3 qat Mil və ya 5 faiz “Umico” bonusu qazanacaqlar. Bir taksit əməliyyatı üzrə qazanıla bilən maksimal keşbek məbləği 50 AZN-dir. Hər “BirKart” ilə kampaniyadan maksimum 5 dəfə yararlanmaq mümkündür. Kampaniya haqqında daha ətraflı - www.kbl.az/bkmlcm.
Qeyd edək ki, “BirKart”ın 4 növü var - taksit, taksit/cashback, taksit/miles və taksit/Umico. “BirKart” bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5 faizdən başlayan keşbek və “Umico” bonusu imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur. “BirKart”ın ölkə üzrə 8 mindən artıq partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.
“BirKart” haqqında ətraflı məlumat üçün “www.birkart.az” saytına, “196” Sorğu mərkəzinə və ya kartın “facebook” səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. “BirKart” sifarişi üçün, həmçinin 8196 qısa nömrəsinə SMS və ya (+994 50) 999 81 96 nömrəsinə “WhatsApp” vasitəsilə, həmçinin “BirKart” mərkəzlərinə müraciət etmək olar.