Azərbaycan Dövlət İnformasiya Agentliyi

® “Qırmızı Ürəklər Fondu”nun prezidenti: Ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasını təşviq edirik

®  “Qırmızı Ürəklər Fondu”nun prezidenti: Ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasını təşviq edirik

2019-cu ilin sonlarında “Kapital Bank”ın könüllü əməkdaşları tərəfindən təşəbbüs qrupu kimi yaradılan, daha sonra isə fəaliyyətini Fond olaraq davam etdirən “Qırmızı Ürəklər” ehtiyacı olan insanların həyatına, həyatın müxtəlif sahələrinə dəyər qatmağa çalışır. “Qırmızı Ürəklər Fondu” “Tarix yazan qəhrəmanlar”, “Vətən bağı”, “Hər şey mümkündür”, “Onlar bizə əmanətdir”, “Qırmızı Ürəklər təhsil təqaüdü proqramı”, “Batareyaları təhvil ver, təbiəti qoru” və bir sıra digər sosial layihələri keçirməklə yanaşı, şəhid ailələrinə və qazilərə, uşaq evlərinə və sığınacaqlara, aztəminatlı ailələrə dəstək göstərir.

“Qırmızı Ürəklər Fondu”nun prezidenti Sevda Haqverdiyeva qurumun 2023-cü ilin ilk 6 aylıq fəaliyyəti barədə AZƏRTAC-ın suallarını cavablandırıb.

-Sevda xanım, “Qırmızı Ürəklər Fondu” artıq 3 ilə yaxındır ki, fəaliyyət göstərir. Fond bu il hansı layihələri həyata keçirib?

-Əvvəlcə onu qeyd edim ki, “Qırmızı Ürəklər Fondu” 3 istiqamət üzrə fəaliyyət göstərir: Ətraf mühit, cəmiyyət və heyvanlar. Məhz bu istiqamətlər üzrə donorların, xeyirxah insanların ianələri hesabına ilk gündən bəri müxtəlif layihələr və yardım aksiyaları həyata keçiririk. Həmçinin Fondumuz bir çox yerli şirkətlərin korporativ sosial məsuliyyət (KSM) layihələrində tərəfdaş və təşkilatçı qismində də çıxış edir. Builki layihələrə gəldikdə isə, 2023-cü ilin ilk 6 ayı ərzində “Vətən bağı”, “KitabGəzər”, “Tarix yazan qəhrəmanlar”, “Hər şey mümkündür”, “Batareyaları təhvil ver, təbiəti qoru”, “Qırmızı Ürəklər təhsil təqaüdü proqramı” layihələrini, “Təmiz mühit, təmiz gələcək” təmizlik aksiyalarını, “Türkiyə üçün bir ürək olaq!” ianə toplama aksiyasını gerçəkləşdirmişik. Bundan başqa, ehtiyacı olan insanlara xüsusi və əlamətdar günlərdə ərzaq yardımının göstərilməsi, aztəminatlı müharibə iştirakçılarının ailələrinin himayə edilməsi, şəhid ailələrinin fərdi yaşayış evi ilə təmin olunması, “Campbell Biologiya” kitabının nəşr olunması kimi bir çox təşəbbüsümüz olub. Bir sözlə, Fondumuz könüllülərin iştirakı ilə həyata keçirtdiyi sosial layihələrlə ilin birinci yarımilliyində də yüzlərlə insanın həyatına toxunuşlar edərək onların simasında təbəssüm yaratmağa çalışdı.

-Sizin də qeyd etdiyiniz kimi, bu layihələrin gerçəkləşməsində “Qırmızı Ürəklər Fondu”nun könüllülərinin də böyük rolu var. Həmin könüllülər əsasən kimlərdir?

-Fəxrlə deməliyik ki, Fondumuzun könüllülərinin 90 faizi məhz “Kapital Bank”ın əməkdaşlarıdır. Digər 10 faizi isə İkinci Qarabağ müharibəsi zamanı Fondun fəaliyyətinə könüllü dəstək olan, fərqli-fərqli sahələrdə çalışan şəxslərdir. Həmin şəxslər müharibənin bitməsindən 3 ilə yaxın keçməsinə baxmayaraq Fondun fəaliyyətinə hələ də öz töhfələrini verirlər. Onlar öz işlərindən əlavə, sosial məsuliyyət prinsiplərini rəhbər tutaraq, cəmiyyətimizə xidmət edirlər. Könüllülərin Fonda verdiyi töhfəni ürəkdən alqışlayırıq.

-Azərbaycanda ianəçilik mədəniyyətinin formalaşmasında böyük xidmətləri olan fondlardan biri də sizin rəhbərlik etdiyiniz “Qırmızı Ürəklər Fondu”dur. İanəçiliklə bağlı sizə iki sualım olacaq. Bu istiqamətdə çalışdığınız müddətdə daha çox fərdi ianələrlə rastlaşmısınız, yoxsa korporativ?

-Əslində bu müqayisəni təhlil etməyi bir o qədər də düzgün hesab etmirəm. Təbii ki, şirkətlər məbləğ baxımdan fərdlərdən daha çox vəsait ianə edir. Bu da onların korporativ qurum olmalarından irəli gəlir, amma onu da qeyd edim ki, ianə edən şirkətlərin sayı elə də çox deyil. Bu gün Fondumuzun həyata keçirdiyi sosial layihələrə ianə edən minlərlə insan var. Həyata keçirilən bu sosial layihələr fərdi və hüquqi şəxslərin ianələri hesabına baş tutur.

-Bəs vətəndaşlar arasında ianəçiliyin təşviqi işini necə həyata keçirirsiniz?

-Sizə bir nümunə çəkmək istərdim. Bildiyiniz kimi, fevralın 6-da Türkiyənin müxtəlif bölgələrində çoxsaylı insan tələfatı ilə nəticələnən silsiləli zəlzələlər qeydə alındı. Dəhşətli təbii fəlakət nəticəsində zərərçəkmiş şəxslərə dəstək məqsədilə “Qırmızı Ürəklər Fondu” “Türkiyə üçün bir ürək olaq!” adlı yardım vəsaitinin toplanılması aksiyasına start verdi. Biz bu aksiya üzrə ianələrin yığılmasını 3 kanal vasitəsilə həyata keçirirdik. İnsanlar “Birbank” mobil tətbiqi, https://redhearts.az veb-saytı və “Kapital Bank” terminalları ilə öz ianələrini edə bilirdilər. Layihə çərçivəsində 26 mindən çox insanın ianəsi hesabına 742 min 245 manat vəsait toplandı. Üstəlik ianə edənlərin böyük əksəriyyəti fərdi şəxslər idi. Fərdi şəxslərin ianələri ilə qısa bir müddət ərzində bu qədər vəsaitin toplanması heç də kiçik bir iş deyil. Burada diqqət çəkən əsas məqamlardan biri də daha çox insanı yardımsevərliyə çağırmaq və xeyirxahlıq prinsiplərini yaymaq idi. İanəçilik yayılan mədəniyyətdir. İnsanlar bir-birindən ilham alaraq daha çox vətəndaşın ianə etməsinə səbəb olur. Sözsüz ki, burada şəffaflıq da əsas məsələlərdən biridir. İanəçi əmin olmalıdır ki, ianə toplayan qurum işi məsuliyyətlə görür. “Qırmızı Ürəklər Fondu” da bu məsuliyyəti öz dəyərləri ilə tam üzərinə götürür.

-Bu ilin ən yaddaqalan hadisələrindən birini danışa bilərsiniz?

-Bu il ən yaddaqalan hadisələrdən biri Türkiyədə baş vermiş zəlzələ zamanı xalqımızın göstərdiyi həmrəylik, xeyirxahlıq və mənəvi dəyərlərə sadiqlik oldu. “Kapital Bank”ın “Lənkəran” filialına yaxınlaşan 87 yaşlı Mirzə babanın təqaüdünü “Türkiyə üçün bir ürək olaq!” aksiyasına ianə etməsi, Qazax, Xaçmaz, Tovuz və digər rayonlarda yaşayan məktəblilərin ailələri tərəfindən verilən xərcliklərini toplayıb Fonda bağışlamaları bunun bariz nümunəsidir. Kiçikdən böyüyə hər kəs Türkiyə üçün bir ürək oldu. Bu kimi hadisələr bir daha onu sübut edir ki, Azərbaycan xalqı böyük ürəyə sahibdir. Biz həyata keçirdiyimiz bu kimi sosial layihələrlə ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasını təşviq edirik. Gördüyümüz işlərlə qürur duyuruq.

-Bəs “Qırmızı Ürəklər Fondu”na necə dəstək göstərmək olar?

-Hər kəs Fondun veb-saytına (https://redhearts.az) daxil olub ianələr edə və bununla bizim fəaliyyətimizə dəstək göstərə bilər. İanələri “Kapital Bank” terminalları, o cümlədən “Birbank” mobil tətbiqi ilə də etmək mümkündür. Həmçinin onu da qeyd edim ki, sosial şəbəkələrdəki səhifələrimizdə müxtəlif fəaliyyətlərlə bağlı çağırışlar yerləşdirilir. Veb-saytımız vasitəsilə bizimlə birbaşa əlaqə saxlamaq da mümkündür. Biz fəaliyyət istiqamətlərimiz və resurslarımız çərçivəsində bütün təklif və rəylərə açığıq. Verilən hər bir töhfə həyata keçirdiyimiz layihələr üçün olduqca vacibdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Mingəçevirdəki "Kürü keçək?! 5" yarışına rekord sayda iştirakçı qatılıb

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb