® “Rabitəbank”dan yubileyə özəl əmanət kampaniyaları!
İnnovativ həllər ilə ölkədə rahat bankçılığı təmsil edən “Rabitəbank” yaranmasının 30 illiyi münasibətilə əmanətlər üzrə xüsusi kampaniyalar təklif edir.
Belə ki, “Rabitəbank”da vəsaitlərinizi rahat və təhlükəsiz şəkildə artırmaq üçün manat əmanətlərinə müştərilər 11.30 faiz ilə əlavə gəlir qazana bilərlər. “Universal Əmanət” kampaniyasına özəl dollar əmanətinin faiz dərəcəsi isə 3 faizə dəyişdirildi. Əmanətlərin xüsusiyyətləri bununla bitmir: 36 ayadək müddətə yerləşdirmək, gəlirləri isə aylıq, rüblük ya da müddətin sonunda əldə etmək mümkündür. Qeyd edək ki, müştəri öz istəyinə əsasən 2.50 faizlə sığortalı əmanət yerləşdirə bilər. Kampaniya 30.12.2023 tarixinədək qüvvədədir. Ətraflı məlumat üçün - https://rbt.az/emanetcamp.
"Rabitəbank" ASC Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.