® Vergi üzrə ixtisaslaşmış portal – “TaxReview.az” xidməti istifadəyə verilib
Məmnuniyyət hissi ilə bildiririk ki, vergi üzrə ixtisaslaşmış portal - TaxReview.az xidməti istifadəyə verilib!
Portalda vergi orqanının rəsmi izahları və vergi işləri üzrə məhkəmə təcrübəsi Vergi Məcəlləsinin fəsil və maddələri üzrə təsnifatlaşdırılıb. Vergitutmanı, həmçinin fikir ayrılığına səbəb ola biləcək mövzulara dair rəsmi mövqenin və analoji məhkəmə qərarının mövcudluğunu öyrənmək üçün portalın faydalı olacağını düşünürük.
TaxReview.az vergi portalı mühasiblər, vergi üzrə ixtisaslaşmaq istəyən hüquqşünaslar və vergi məsləhətçiləri, vergi planlaması ilə məşğul olan maliyyəçilər, habelə əlaqəli dövlət qurumlarının əməkdaşları üçün nəzərdə tutulub.
Portalın əsas məqsədi Azərbaycan vergi qanunvericiliyinin izahı, tətbiqi və təkmilləşdirilməsi istiqamətində vahid rəsmi mənbələrə əsaslanan elektron kitabxana funksiyasını yerinə yetirməkdir.
Yeni platforma vergi qanunvericiliyi üzrə aktual xəbərlərin, beynəlxalq yeniliklərin və xarici məhkəmələrdə vergi işləri üzrə əhəmiyyətli qərarların, təhlillərin, məqalələrin və Azərbaycan məhkəmə təcrübəsinin vahid məkanda toplanmasını təmin edir.
Caspian Legal Center komandasının vergi işləri üzrə mütəxəssislərinin uzunmüddətli araşdırmalarının və peşəkar ekspertizasının nəticəsi olan TaxReview.az vergi maarifçiliyinin artırılmasına və tətbiqi təcrübənin inkişafına mühüm töhfə verməyi hədəfləyir.
Maarifləndirmə məqsədi daşıyan platforma geniş auditoriyaya açıq olmaqla yanaşı (məqalələr və xəbərlər bölməsi), istifadəçilərə daha əhatəli məzmun təqdim edən müxtəlif ödənişli abunəlik paketləri (rəsmi izahlar və məhkəmə təcrübəsi) də təqdim edir.
Portalı aşağıdakı sosial şəbəkələrdə də izləyə bilərsiniz:
Facebook: https://www.facebook.com/profile.php?id=61582051546173
Instagram: https://www.instagram.com/taxreview.az
LinkedIn: https://www.linkedin.com/company/taxreview-az/
TaxReview.az portalının təqdim etdiyi xidmətlərlə əlaqədar daha ətraflı məlumat almaq üçün sayta daxil ola və ya aşağıdakı əlaqə vasitələrinə müraciət edə bilərsiniz:
+994 50 797 34 15