® “VEYSƏLOĞLU” şirkətləri Heydər Əliyevin 100-cü ildönümünə 500 ağac ianə etdi
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsi, “Veysəloğlu” Distribusiya, “Ulduz” Şokolad Fabriki, “AVT Logistics” və “OBA” marketlər şəbəkəsi hər biri Qarabağ Dirçəliş Fonduna 100 ağac ianə edib.
Ümumilikdə 500 ağac ianə edən Veysəloğlu Şirkətlər Qrupunun bu təşəbbüsü işğaldan azad olunan ərazilərin dirçəlişi və Qarabağda təbiətin yaşıllaşdırılmasına xidmət edəcək. Ağaclar payızda, əkin üçün ən uyğun vaxtda şirkət əməkdaşları tərəfindən əkiləcək.
Veysəloğlu Şirkətlər Qrupu qeyri-neft sektorunda ölkənin ən iri işəgötürənlərindən biridir. Dayanıqlı inkişafı dəstəkləmək, ətraf mühit və cəmiyyət üçün fayda yaratmaq şirkətin prioritetləri sırasındadır.
Veysəloğlu Şirkətlər Qrupu pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur (www.veyseloglu.az). Şirkətlər Qrupunun fəlsəfəsi ölkə iqtisadiyyatı və əhali üçün dəyər yaratmaqla qida təhlükəsizliyi və ərzaq təminatının davamlılığına nail olmaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]