® Yanıq sonrası saç əkimi: Çətin, amma mümkün


Saç əkimi mütəxəssisi Dr. Vaqif Abdullayev ağır termik yanıq nəticəsində zədələnmiş baş dərisində uğurlu saç əkimi əməliyyatı həyata keçirib. Üçüncü və dördüncü dərəcəli yanıq izləri səbəbindən çətin olsa da, mütəxəssis xüsusi texnika və müasir tibbi texnologiyalardan istifadə edərək, pasiyentin baş dərisində yeni saçın çıxmasına nail olub. Bu innovativ prosedur yanıq və çapıq problemi yaşayan insanlar üçün ümidverici bir yenilik hesab edilir.
Saç əkimi mütəxəssisi Vaqif Abdullayev bildirir ki, adi saç əkimi ilə müqayisədə yanıq sonrası çapıq toxumasına saç əkimi daha çətindir. “Bildiyiniz kimi, çapıq toxumasında qan dövranı daha zəif olur. Bu səbəbdən yanıq izləri olan nahiyələrə saç əkimi xüsusi yanaşma tələb edir. Bizim pasiyentdə 4-cü dərəcə yanıqdan sonra yaranan çapıq toxumasını xüsusi texnika ilə aradan qaldırdıq və baş dərisindəki estetik defekti müvəffəqiyyətlə bərpa etdik”, - deyə o əlavə edib.
Əməliyyat FUE üsulu ilə yerli anesteziya altında (narkozsuz) icra olunur və təxminən 5-6 saat davam edir. İlk 3 gün sarğı tətbiq edilir, 10 gün ərzində isə saç əkiminin izləri tam yox olur. Əkilən saçlarda ilk 3 ay ərzində şok (stress) tökülmə olur, 3-cü aydan etibarən yenidən çıxmağa başlayır və tam nəticə orta hesabla 8 ay sonra əldə edilir. Saçlar hər ay uzanmağa davam edir və təbii görünüş alır.
Bu unikal əməliyyat National Prime Hospital klinikasında (Nərimanov ərazisi) həyata keçirilib.
Ətraflı məlumat və əlaqə üçün:
+994 55 898 50 20
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2025 [18:46]
DİN: Ötən illə müqayisədə cinayətlərin dinamikasında azalma qeydə alınıb
- 25.04.2025 [18:12]
Diaspor nümayəndələri Tbilisidəki “Alyans” Gənclər Mərkəzində olublar
- 25.04.2025 [17:58]
Daxili işlər nazirinin vətəndaşlarla görüşünün tarixi dəyişib
- 25.04.2025 [17:30]
Azərbaycanda milli mətbuatın 150 illiyi geniş şəkildə qeyd olunacaq SƏRƏNCAM
- 25.04.2025 [17:29]