"Qarabağ" “Beşiktaş”ın sabiq futbolçusu ilə maraqlanır
Bakı, 15 may, AZƏRTAC
Kamerun millisinin futbolçusu Vensan Abubakar karyerasını Azərbaycanda davam etdirə bilər.
AZƏRTAC Türkiyə mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı forvardın "Qarabağ"la müqavilə imzalayacağı ehtimal olunur.
İddiaya görə, tərəflər artıq danışıqlara başlayıb.
Son olaraq Türkiyə təmsilçisi “Hatayspor”da çıxış edən hücumçu komandanın heyətində 28 matçda 8 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
V.Abubakar daha əvvəl Portuqaliyanın “Portu”, Türkiyənin “Beşiktaş”, Fransanın “Loryan” və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klublarının formasını geyinib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]
“Parma” baş məşqçisi ilə yollarını ayırıb
- 28.09.2026 [14:46]
“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub
- 28.09.2026 [14:46]
Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]