"Sabah” klubu müdafiəçisi ilə müqaviləni yeniləyib
Bakı, 28 dekabr, AZƏRTAC
“Sabah” futbol klubu müdafiəçisi Amin Seydiyevlə yeni müqavilə bağlayıb.
AZƏRTAC kluba istinadla xəbər verir ki, millimizin də üzvü olan 24 yaşlı müdafiəçi ilə bağlanmış yeni müqavilənin müddəti 2026-cı ilədəkdir.
A.Seydiyev 2020-ci ildən “Sabah”ın uğurları üçün çalışır. O, komandanın heyətində 71 rəsmi matç keçirib (66 oyun Premyer Liqada, 5 oyun ölkə kubokunda), 2 qol vurub. Müdafiəçi “Sabah”ın heyətində ən çox oyun keçirmiş futbolçudur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [14:07]
Azərbaycan millisinin futbolçusu zədəsinin müalicəsi üçün Madridə yollanıb
- 09.06.2026 [11:59]
Azərbaycanın U-17 yığması Qəbələdə növbəti yoxlama oyununu keçirəcək
- 09.06.2026 [11:32]