Abdulla Aripov: Füzuli şəhəri Azərbaycanın ən maraqlı və gözəl yerlərindən birinə çevriləcək
Bakı, 27 iyul, AZƏRTAC
Füzuli şəhəri yaxın illərdə Azərbaycanın ən maraqlı və gözəl yerlərindən birinə çevriləcək.
AZƏRTAC xəbər verir ki, bunu Özbəkistanın Baş naziri Abdulla Aripov Azərbaycana səfərinin nəticələri ilə bağlı Baş nazir Əli Əsədova ünvanladığı məktubunda bildirib.
Məktubda vurğulanıb ki, səfər zamanı Özbəkistan nümayəndə heyəti uğurla həyata keçirilən dəyişikliklər sayəsində Azərbaycanın bütün sahələrdə inkişaf etdiyinin şahidi olub.
Həmçinin nəqliyyat və logistika, energetika, sənaye kooperasiyası, kənd təsərrüfatı, mədəni-humanitar əməkdaşlıq və digər sahələrdə əldə edilmiş razılıqların iki qardaş xalqın rifahı naminə ardıcıl həyata keçiriləcəyinə əminlik ifadə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:01]
Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru
- 15.06.2026 [17:00]