ABŞ AZƏRBAYCANIN KONSTİTUSİYA MƏHKƏMƏSİNİN QƏRARINI BƏYƏNİR
Məlumatda deyilir ki, biz hökuməti seçki saxtakarlığında iştirak edən adamları mühakimə etmək işində fəallıq göstərməyə çağırırıq. Eləcə də, polisi və Daxili İşlər Nazirliyini adamların dinc toplaşmaq hüququna hörmət etməyə çağırırıq. Nəhayət, biz hökuməti səsvermənin nəticələri ləğv olunmuş on dairədə operativ surətdə və beynəlxalq standartlara cavab verən təkrar seçki keçirməyə çağırırıq. Amerika Birləşmiş Ştatları bütün səslərin – müstəqil deputatların, müxalifət və hakim partiya təmsilçilərinin səsinin eşidildiyi parlament də daxil olmaqla, bütün demokratik təsisatları gücləndirmək işində hökumətlə işləməyi səbirsizliklə gözləyir.