ABŞ-da hasilatın azalacağı barədə gözlənti fonunda neftin qiyməti artır
Bakı, 11 mart, AZƏRTAC
ABŞ-da hasilatın azalacağı barədə gözləntilər fonunda dünya birjalarında neft bahalaşır.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu gün səhər saatlarında Şimali Amerikanın Brent markalı neft qarışığının may fyuçerslərinin qiyməti 1,67 faiz bahalaşaraq barreli 37,84 dollara satılıb. WTI markalı neftin aprel fyuçerslərinin qiyməti isə 0,9 faiz artaraq 34,67 dollara çatıb.
Neftin qiymətinin kəskin ucuzlaşmasından sonra ABŞ-ın neft kompaniyaları xərcləri azaltmağa hazır olduqlarını bildiriblər.
Xatırladaq ki, OPEC+ ölkələrinin sazişin parametrlərinin dəyişdirilməsi və onun uzadılması barədə razılıq əldə edə bilməməsi martın 9-da neftin qiymətinin 25 faiz ucuzlaşmasına səbəb olub. Aprelin 1-dən etibarən isə alyans ölkələrinin heç birinin neft hasilatının azaldılması öhdəliyi qalmayacaq. Səudiyyə Ərəbistanının Saudi Aramco şirkəti artıq gündəlik hasilatı 1 milyon barrel artıraraq 13 milyon barrelə çatdıracağını elan edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:29]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]