ABŞ-da leysan yağışları nəticəsində 3 nəfər ölüb, 4 nəfər itkin düşüb
Bakı, 17 iyul, AZƏRTAC
ABŞ-da şiddətli yağışların səbəb olduğu daşqın, sürüşmə, palçıq axını nəticəsində 3 nəfər ölüb, 4 nəfər itkin düşüb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ABŞ-ın Pensilvaniya əyalətində başlayan yağışlar selə səbəb olub. Sel nəticəsində 3 nəfər ölüb, aralarında 9 aylıq uşağın da olduğu 4 nəfər itkin düşüb, evlərə və avtomobillərə ziyan dəyib.
Nyu-Yorkda şiddətli yağışlar səbəbindən yüzlərlə uçuş təxirə salınıb.
ABŞ Meteorologiya Xidmətinin məlumatına görə, digər ştatlarda sel və qasırğanın olacağı ilə bağlı əhaliyə xəbərdarlıq edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [23:23]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]