ABŞ-da şəlalə nadir təbiət hadisəsi səbəbindən “atəş şəlaləsi”nə çevrilib
Bakı, 5 mart, AZƏRTAC
Kaliforniyadakı Yosemit Milli Parkına gələnlər nadir təbiət hadisəsinin şahidi olublar: onların gözləri qarşısında şəlalə “od şəlaləsinə” çevrilib.
AZƏRTAC xəbər verir ki, belə hadisə yalnız fevral ayında müşahidə edilir.
Batmaqda olan günəşin şüaları suda əks olunaraq, onu alov kimi göstərib. Bu nadir təbiət hadisəsi hər il parkın izləyicilərinin böyük marağına səbəb olur.