ABŞ DÖVLƏT DEPARTAMENTİ AZƏRBAYCANDA MƏHBUSLARIN AZAD EDİLMƏSİNƏ DAİR BƏYANAT VERMİŞDİR
ABŞ-ın Azərbaycandakı səfirliyində AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, Birləşmiş Ştatların Dövlət Departamenti Azərbaycanda məhbusların azad edilməsinə dair bəyanat yaymışdır. Bəyanatda deyilir: “Amerika Birləşmiş Ştatları Prezident İlham Əliyevin 129 məhbusun əfvinə dair imzaladığı 17 mart tarixli Fərmanını alqışlayır. Əfv olunanların 26 nəfəri, sabiq baş nazir Surət Hüseynov da daxil olmaqla, Avropa Şurası tərəfindən siyasi məhbus adlandırılan şəxslərdir. Biz bu addımı alqışlayırıq. Biz Azərbaycan hökumətini 15 oktyabr prezident seçkilərindən sonra baş vermiş iğtişaşlar səbəbindən həbs edilənlərin işlərinin ədalətli həlli də daxil olmaqla, insan hüquqları məsələsində daha çox irəliləyiş əldə etməyə cağırırıq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [10:41]