ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib
Bakı, 29 mart, AZƏRTAC
ABŞ ordusu Yəməndə husi qruplaşmasının dörd PUA-sını vurub.
AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının bəyanatına görə, PUA-lar Birləşmiş Ştatlar-İngiltərə koalisiyasına aid gəmilərə yönəldilmişdi bildirib. İnsident zamanı gəmilərin heç birinə ziyan dəyməyib.
Qeyd edək ki, Fələstin-İsrail münaqişəsinin şiddətlənməsindən sonra Yəməndəki husi üsyançıları yəhudi dövlətinin ərazisinə hücumlar həyata keçirəcəklərini və Qəzza zolağında hərbi əməliyyat dayandırılana qədər İsraillə əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcəklərini bildiriblər. ABŞ buna cavab olaraq, gəmilərin naviqasiya təhlükəsizliyini təmin etmək üçün Qırmızı dənizdə “Prosperity Guardian” əməliyyatına başlayıb. Əməliyyata qoşulanlar arasında Bəhreyn, Böyük Britaniya, Danimarka, İspaniya, İtaliya, Kanada, Niderland, Norveç, Seyşel adaları və Fransa yer alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [22:37]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:22]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [21:20]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [20:02]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [19:06]