ABŞ-ın ardınca Britaniya da qoşunlarının bir hissəsini Əfqanıstandan çıxaracaq
Bakı, 11 mart, AZƏRTAC
Böyük Britaniya hökuməti ABŞ-ın ardınca Əfqanıstandakı qoşunlarının 30 faizini geri çağıracaq.
AZƏRTAC “The Times” qəzetinə istinadla xəbər verir ki, Əfqanıstan ərazisində olan 1100 britaniyalı hərbçinin 330-u iyulun ortalarınadək bu ölkəni tərk edəcək. Britaniyalı hərbçilərin demək olar ki, hamısı Kabil şəhərində və onun ətrafında yerləşdirilib. Bununla yanaşı Böyük Britaniya ordusunun az saylı xüsusi təyinatlıları ABŞ hərbçiləri ilə birgə ölkənin digər rayonlarında, o cümlədən Hilmənd əyalətində xidmət aparır.
Hərbi dairələrdəki mənbənin sözlərinə görə, Britaniya qoşunları yalnız “Taliban” hərəkatının ABŞ-la imzaladığı sazişin tələblərini yerinə yetirəcəyi təqdirdə ölkədən çıxarılacaq.
Xatırladaq ki, fevralın 29-da Doha şəhərində “Taliban” hərəkatı və ABŞ arasında sülh sazişi imzalanıb. Sazişə əsasən, ABŞ, müttəfiqləri və koalisiya 14 ay ərzində Əfqanıstandakı bütün qoşunlarını bu ölkədən çıxarmalıdır. Həmçinin Vaşinqton may ayınadək “Taliban” hərəkatını BMT-nin sanksiya siyahısından çıxarılmasına yardım edəcəyi, avqust ayına qədər isə Amerika sanksiyalarını ləğv edəcəyi barədə öhdəlik götürüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:29]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]