REGİONLAR
ABŞ-ın rep musiqi qrupunun rəhbəri: Azərbaycanda insanların ürəyiaçıqlığı məni heyran etdi VİDEO
Şəki, 17 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycanda olmağımdan çox məmnunam. Bakının möhtəşəm arxitekturası, həmçinin insanların ürəyiaçıqlığı məni heyran etdi. Şəki həqiqətən də bənzərsiz təbiətə malikdir. Tanrının qismətidir ki, biz Azərbaycanın bu gözəl diyarına da səfər etdik.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində ABŞ-ın “Wordsmith” rep musiqi qrupunun rəhbəri Vördsmis Şəkidə konsert zamanı deyib.
Musiqiçi bildirib ki, təqdim etdikləri konsert proqramları vasitəsilə ölkələrimiz arasında mədəni münasibətləri daha da möhkəmləndirməyə çalışırlar. “İfa etdiyim mahnılar daha çox mesaj yönümlüdür. Bu musiqi insanları həyatda uğur qazanmağa ruhlandırır. Ümid edirəm ki, konsertimiz musiqisevərlərin ürəyincə oldu”, - deyə Vördsmis bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:39]
Naxçıvan ASAN Vəkil Bürosu açılıb
- 07.05.2024 [19:21]
Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb
- 07.05.2024 [18:56]
Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb
- 07.05.2024 [17:25]
Sumqayıt Tibb Mərkəzi yaşayış massivində aksiya keçirib
- 07.05.2024 [16:41]
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
- 07.05.2024 [15:15]