ABŞ-ın sabiq prezidenti Bill Klinton xəstəxanaya düşüb
Vaşinqton, 15 oktyabr, AZƏRTAC
Oktyabrın 14-də Birləşmiş Ştatların sabiq prezidenti Bill Klinton qanın zəhərlənməsi diaqnozu ilə xəstəxanaya düşüb.
AZƏRTAC xəbər verir ki, bunu Klintonun rəsmi nümayəndəsi Anxel Urena bəyan edib. O deyib ki, keçmiş prezident COVID ilə bağlı olmayan infeksiyanın müalicəsi üçün Kaliforniyanın İrvin Universitetinin tibbi mərkəzinə aparılıb.
Urena vurğulayıb: “Klinton sağalır, əhvalı yaxşıdır və ona əla yardım göstərən həkimlərə, tibbi bacılarına, işçilərə çox minnətdardır”.
Amerika KİV-lərində verilən məlumata görə, Klintonu antibiotiklərlə müalicə edirlər və həkimlərin sözlərinə görə, sabiq prezidentin antibiotiklərə reaksiyası müsbətdir.
AZƏRTAC-ın Vaşinqton bürosu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti da Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]
Aİ-də elektrik skuterləri üçün vahid qaydalar tələb olunur
- 16.06.2026 [16:14]