ABŞ-ın sanksiyaları “AvtoVAZ”-ın istehsal həcminə mənfi təsir edəcək
Bakı, 18 noyabr, AZƏRTAC
ABŞ-ın tətbiq etdiyi sanksiyalar səbəbindən “AvtoVAZ” planlaşdırdığından daha az sayda avtomobil istehsal edəcək.
AZƏRTAC Rusiya KİV-ə istinadla xəbər verir ki, “AvtoVAZ”-ın direktoru Maksim Sokolovun sözlərinə görə, 2023-cü ildə 400 min maşının buraxılmasını nəzərdə tutan istehsal planı 10 faiz aşağı salınıb.
Şirkət hələ sentyabr ayında ABŞ-ın sanksiyalarının şirkətin işinə əhəmiyyətli təsirinin olmayacağını bəyan etmişdi.
“AvtoVAZ” ABŞ-ın maliyyə sanksiyaları siyahısına sentyabrın ortalarında ölkənin “Moskviç” və “Sollers” kimi avtomobil istehsalçıları ilə birlikdə daxil edilib.
Qeyd edək ki, sanksiya tətbiq olunmuş şirkətlərlə əməkdaşlığın rəsmi olaraq qadağan edilməsi yalnız ABŞ rezidentlərinə şamil olunur. Əslində bu məhdudiyyətlər bütün xarici firmalar üçün keçərlidir, çünki onların ikinci dərəcəli sanksiyalara məruz qalmaq riski yarana bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:31]
Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır
- 05.10.2026 [16:14]
Qazaxıstanda cinayətlərin sayı azalıb
- 05.10.2026 [16:07]
Şotlandiyada şəxsi ada 350 min funt-sterlinqə satışa çıxarılıb
- 05.10.2026 [15:51]
Londonun mərkəzində genişmiqyaslı elektrik kəsintisi baş verib
- 05.10.2026 [15:32]
Norveçdə süni intellekt eynəklərinin istifadəsinə müvəqqəti qadağa qoyulur
- 05.10.2026 [15:16]
Moldova 2030-cu ildə Aİ-yə üzv olmaq niyyətindədir
- 05.10.2026 [15:06]