ABŞ-ın Türkiyəyə “Patriot” raket müdafiə sistemini satması ilə bağlı danışıqlar aparılır
Bakı, 2 mart, AZƏRTAC
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, ABŞ-ın Türkiyəyə “Patriot” raket müdafiə sistemi satması ilə bağlı danışıqlar aparılır.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Eskişehirdə yerli televiziyaya müsahibə verən M.Çavuşoğlunun sözlərinə görə, Ankaranın “Patriot” raket müdafiə sistemi ilə bağlı Vaşinqtona iki il əvvəl etdiyi müraciətə müsbət cavab gəlib. Hazırda bu məsələnin detalları ilə bağlı danışıqlar davam edir. Nazir əlavə edib ki, silahların qiyməti, çatdırılma müddəti və digər məsələlər ətrafında fikir mübadiləsi aparılır. Ankaranın “Patriot” almaqla bağlı bundan əvvəlki səyləri nəticəsiz qaldığından, hökumət Rusiyadan “S-400” hava müdafiə sistemi almağa qərar vermişdi.
Lakin nazir Çavuşoğlu vurğulayıb ki, Rusiyadan “S-400” hava müdafiə sisteminin alınması ABŞ-dan “Patriot” ala bilmədiklərinə görə deyil, Türkiyənin maraqlarına uyğun olduğu üçün həyata keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]