ABŞ-ın yeni avtomobil tarifləri Britaniyaya da təsir edəcək
London, 1 aprel, AZƏRTAC
Böyük Britaniya hökuməti ABŞ Prezidenti Donald Trampın aprelin 2-dən etibarən avtomobil və avtomobil hissələrinə tətbiq edəcəyi 25 faizlik yeni gömrük rüsumlarının ölkəyə təsir edəcəyini gözləyir.
AZƏRTAC “BBC”yə istinadla xəbər verir ki, Britaniya mallarının bu tariflərdən azad edilməsi üçün razılaşmanın vaxtında əldə olunmayacağı ehtimal edilir. Tramp, yeni tariflərin yalnız ABŞ ilə böyük ticarət balanssızlığı olan ölkələrə deyil, bütün ölkələrə şamil ediləcəyini bildirib.
Baş nazirin sözçüsü deyib ki, hökumət başçısı tariflər mövzusunda hər zaman milli maraqları qoruyacağını açıq şəkildə ifadə edib və Prezident Trampın elanından əvvəl bütün mümkün hallara qarşı hazırlıqlar görülüb. “ABŞ-Böyük Britaniya iqtisadi rifah anlaşması üzrə konstruktiv müzakirələr aparırıq. Biz Britaniya xalqına iqtisadi rifah gətirəcək bir anlaşma bağlayacağıq və hər zaman milli maraqlara uyğun hərəkət edəcəyik”,- deyə sözçü qeyd edib.
O, tariflərin qarşısını almaq üçün çərşənbə gününə qədər bir anlaşmanın əldə olunub-olunmayacağı ilə bağlı sualı cavablandırıb, Böyük Britaniya və ABŞ arasındakı müzakirələrin davam edəcəyini diqqətə çatdırıb.
Baş nazir əlavə edib ki, Böyük Britaniya hər hansı tariflərə sakit və praqmatik yanaşma ilə cavab verəcək, çünki ABŞ-la ticarət müharibəsi heç kimin maraqlarına uyğun deyil.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]