ABŞ, İsrail və HƏMAS girovların azad edilməsi ilə bağlı razılığa yaxındırlar
Bakı, 19 noyabr, AZƏRTAC
ABŞ, İsrail və Fələstinin radikal HƏMAS təşkilatı döyüşlərdə beş günlük fasilə və girovların azad edilməsi ilə bağlı razılığa gəlməyə yaxındırlar.
AZƏRTAC xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Washington Post” məlumat yayıb.
Bildirilib ki, tərəflər “müqavilə bağlamağa yaxındırlar, döyüşlərdə beş günlük fasilə zamanı Qəzza zolağında girov saxlanılan onlarla qadın və uşaq azad ediləcək”. Nəşrin mənbələri qeyd edir ki, girovların azad edilməsi yaxın günlərdə başlaya bilər.
Altı səhifəlik razılaşma münaqişənin bütün tərəflərinin ən azı beş gün ərzində hərbi əməliyyatları donduracağını nəzərdə tutur. Gözlənilir ki, “239 girovdan ilk 50-si və ya daha çoxu” azad ediləcək, onlar “hər 24 saatdan bir dəstə-dəstə” azad olunacaqlar. Döyüşlərdəki fasilə zamanı Misir tərəfindən humanitar yardımın tədarükünün artırılması da planlaşdırılır.
“The Washington Post”un məlumatına görə, sənəd ABŞ, İsrail və HƏMAS-ı təmsil edən Qətər vasitəçilərinin iştirakı ilə Dohada keçirilən məsləhətləşmələrdən sonra razılaşdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:31]
Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır
- 05.10.2026 [16:14]
Qazaxıstanda cinayətlərin sayı azalıb
- 05.10.2026 [16:07]
Şotlandiyada şəxsi ada 350 min funt-sterlinqə satışa çıxarılıb
- 05.10.2026 [15:51]
Londonun mərkəzində genişmiqyaslı elektrik kəsintisi baş verib
- 05.10.2026 [15:32]
Norveçdə süni intellekt eynəklərinin istifadəsinə müvəqqəti qadağa qoyulur
- 05.10.2026 [15:16]
Moldova 2030-cu ildə Aİ-yə üzv olmaq niyyətindədir
- 05.10.2026 [15:06]