ABŞ kimyəvi silahların son ehtiyatlarını məhv etməyə hazırlaşır
Bakı, 7 iyul, AZƏRTAC
ABŞ özünün bəyan edilmiş kimyəvi silahlarının son ehtiyatlarını məhv etməklə, hələ Birinci Dünya müharibəsindən qalan hərb tarixinin səhifələrindən birini də çevirməyə hazırlaşır.
AZƏRTAC Birləşmiş Ştatlar mediasına istinadla xəbər verir ki, Kentukkidə olan “Blue Grass” hərbi anbarının işçiləri 1940-cı ildən bəri mövcud olan əsəb-iflic qazı zarin ilə doldurulmuş başlıqlara malik son min ədəd raketin məhv edilməsinə hazırlaşırlar.
Bu, kimyəvi silahların qadağan edilməsi haqqında beynəlxalq Konvensiyaya müvafiq olaraq, həmin silahların məhvinin başa çatdırılması üzrə ABŞ-ın çoxillik səylərində dönüş nöqtəsidir. Birləşmiş Ştatlar ordusunun Koloradoda yerləşən digər obyektində olan ehtiyatların məhv edilməsi prosesi iyunda başa çatıb.
Silahlar üzərində nəzarətin tərəfdarları ümidvar olduqlarını bildiriblər ki, bu iddialı layihə digər silah növlərinin də məhv edilməsinə bir örnək təşkil edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:05]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]
XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır
- 10.06.2026 [15:47]