ABŞ “MANAS” AVİABAZASINA GÖRƏ İLDƏ 150 MİLYON DOLLAR ÖDƏMƏYƏ RAZIDIR
Görüşün yekunlarına əsasən birgə bəyanat da qəbul olunmuşdur. Sənəddə təhlükəsizliyin təminatı sahəsində “mühüm əməkdaşlığın davam etdirilməsi” barədə razılaşma təsbit olunmuşdur.
“Manas”da aviabaza 2001-ci ilin dekabrında açılmışdır. Hazırda burada bir neçə hərbi nəqliyyat təyyarəsi və yanacaqdolduran təyyarə, habelə Əfqanıstanda əks-terror əməliyyatı aparılmasını təmin edən 800-900 hərbi qulluqçu var.
Apreldə Qırğızıstan Prezidenti Kurmanbek Bakiyev xüsusi bəyanat verərək bildirmişdi ki, ABŞ hərbçilərinin bu bazada qalmasının şərtlərinə yenidən baxılması haqqında danışıqlar iyunun 1-dək başa çatdırılmasa, respublika həmin obyektə dair sazişi birtərəfli qaydada ləğv etmək hüququnu özündə saxlayacaqdır. Qırğızıstan o vaxt hesab edirdi ki, icarəyə görə Amerika tərəfinin ildə 2,7 milyon dollar ödəməsi olduqca azdır.