İDMAN
ABŞ MİLLİ OLİMPİYA KOMİTƏSİ OLİMPİYAÇILARIN DÖVLƏT BAŞÇISININ QƏBULUNA GETMƏSİ ÜÇÜN PUL AXTARIR
Lakin bu, maliyyə problemləri ucbatından ABŞ Milli Olimpiya Komitəsi (YUSOK) üçün həm də başağrısıdır. Məsələ bundadır ki, dövlət başçısı ilə görüşün hər bir iştirakçısına görə, orta hesabla, 800 dollar ödəmək lazım gələcəkdir. Bu vəsait nəqliyyat, mehmanxana, yemək haqqının ödənilməsinə sərf olunacaqdır. Axı, söhbət ABŞ prezidentlərinin baş iqamətgahına getmək üçün potensial hüquqa malik təxminən 800 adamdan gedir. Bu isə çox böyük məbləğdə vəsait tələb edir, YUSOK isə dördillik olimpiya dövrünün sona yetməsi ilə əlaqədar müəyyən maliyyə qıtlığı çəkir. Odur ki, Milli Olimpiya Komitəsinin funksionerləri C.Buş ilə ünsiyyət üçün federasiyalara hər idman növündən iki namizəd seçmək təklifi vermiş, lakin bunun böyük hiddətlə qarşılandığını görərək, həmin ideyadan imtina etmişdir. İndi, YUSOK-un nümayəndəsi Derril Saybelin dediyinə görə, təxminən 640 min dollar ola biləcək xərcləri bir təhər azaltmaq üçün aviasiya şirkətlərinin və mehmanxanaların sahibləri ilə danışıqlar aparılır.