ABŞ NATO sammitinin yekun sənədinə nələrin əlavə olunacağını açıqlayıb
Bakı, 10 iyul, AZƏRTAC
NATO-nun Vilnüsdə keçiriləcək sammitinin yekun sənədinə alyansa daxil olmaq üçün Ukraynada islahatların davam etdirilməsi ilə bağlı bənd daxil ediləcək.
AZƏRTAC qazeta.ru saytına istinadla xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.
“Hazırda NATO kommünikesi, Ukraynanın NATO-ya üzv olmaq istəyi ilə bağlı müddəalar üzərində iş gedir. Düşünürəm ki, Vilnüsdə müttəfiqlər konsensusa gələcəklər. Orada bu islahatların həyata keçirilməsinin davam etdirilməsi prosesindən də danışılacaq”,- deyə Sullivan bildirib.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun qarşıdan gələn sammitində ölkəsi ilə bağlı qərarlar qəbul olunarsa, orada iştirak edəcəyini bildirmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]