ABŞ ordusuna aid məxfi məlumatlar yayılıb
Bakı, 18 iyul, AZƏRTAC
ABŞ ordusuna aid məxfi tərkibli xeyli sayda elektron məktub texniki yanlışlıq səbəbindən Mali Respublikasına göndərilib.
AZƏRTAC “Financial Times”a istinadən xəbər verir ki, ABŞ ordusuna aid domen Mali Respublikasının domeni ilə qarışdırılıb, bu da məxfi məlumatların yayılmasına səbəb olub.
Sözügedən elektron məktublarda diplomatik sənədlər, vergi qeydləri, şifrələr və yüksəkrütbəli zabitlərin istirahət proqramları kimi məlumatlar mövcud olub.
Məsələ ilə bağlı açıqlama verən Pentaqonun mətbuat katibi Tim Qorman onların bu problemlə bağlı məlumatlı olduğunu və əhəmiyyətli məlumatların yayılmasının gətirəcəyi problemlərə ciddi yanaşdıqlarını bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]